Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:56

Azərbaycanda bələdiyyələrin sayı azaldılır


Azərbaycanda mövcud olan 2757 bələdiyyənin əvəzinə 1766 bələdiyyə yaradılacaq.

Bu barədə ANS PRESS Milli Məclisdəki regional məsələlər komitəsinin sədri Arif Rəhimzadəyə istinadla xəbər verir.

Komitə sədri hazırda ölkə ərazisində fəaliyyət göstərən bəzi bələdiyyələrin birləşdiyini , təxminən 993 bələdiyyəninsə ləğv olunacağını deyir.

Onun sözlərinə görə, bu, zəif və kiçik bələdiyyələrin inkişafına təkan verəcək.

Milli Məclis ölkədə bəzi bələdiyyələrinin birləşməsi haqqında qanun qəbul eləmişdi.
XS
SM
MD
LG