Keçid linkləri

2024, 30 May, Cümə axşamı, Bakı vaxtı 22:12

«Bu il «son zəng» maraqsızdır»


Polislər Bulvarın keşiyini çəkirlər
Mayın 30-u 11-cilər üçün «son zəng» çalındı. Amma builki məzunların əksəriyyəti «son zəng»lə bağlı tədbirlərini yalnız təhsil aldıqları orta məktəblərdə keçirməklə kifayətlənməli oldular. Çünki Təhsil Nazirliyi mayın 30-u məktəblilərə kütləvi tədbirlər keçirməyi qadağan edib. Bu barədə Təhsil naziri Misir Mərdanov əmr də imzalayıb.

Bakı şəhər Təhsil İdarəsi də məktəblərə icazə verib ki, aprelin 30-da «son zəng» yalnız məktəbin həyətində 3 saat keçirilsin. Təhsil İdarəsi mayın 30-u məktəbdən kənarda baş verən hər bir hadisənin məsuliyyətinin valideynlərin üzərinə düşəcəyini də əvvəlcədən bildirib.

Amma bu göstərişlərdən kənara çıxanlar da oldu. Düzdür, ötən illərlə müqayisədə Dənizkənarı park – Bulvar o qədər səsli-küylü olmadı. Amma «Həyatımda son zəngim bir dəfə olur, onu da istədiyim kimi keçirmək istəyirəm» deyib,
bura üz tutan 11-cilər də az deyildi. Məzunların əksəriyyəti narazıdırlar:

- Əvvəlki illərdə daha maraqlı olurdu, hamı bura gəlirdi. Bu ilsə darıxdırıcıdır, maraqlı deyil.

- İstiyərdim ki, sinif uşaqlarımızın hamısı burda olsun, amma Misir müəllimin qadağasına görə çoxu gəlmədi.

- Keçən ilə kimi Bulvar «son zəng» günü daha çılğın olurdu, bütün 11-cilər burda olurdu. Bu ilsə maraqsızdır.

Dənizkənarı parkda məzunlardan daha çox balıqçılar gözə dəyirdilər. Balıqçı həmsöhbətimiz də dedi ki,
əvvəllər «son zəng» günü Bulvarda məzunların səs-küyündən dayanmaq olmurdu, iynə atsaydın yerə düşməzdi, amma bu il sakitçilikdi:

- Bu il qadağan etdilər də Bulvara gəlməyi, yəqin ona görə belədir.

- Sizcə nəyə görə qadağan ediblər?

- Yəqin uşaqlar özlərini yaxşı aparmırlar, dalaşırlar ona görə.

Polislər isə Bulvarın keşiyini çəkirlər. Onlara hər addımbaşı rast gəlinir. Ətrafdakı sakitlikdən onlar da istifadə edib kimi skamyalarda, kimi də kafelərdə istirahət edirlər.

Rəsmi məlumatda isə deyilir ki, mayın 30-u paytaxt polisi səhər saat 08.00-dən axşam saat 22.00-dək orta ümumtəhsil məktəblərini, park və meydanları nəzarətdə saxlayacaq. Paytaxtın bütün orta ümumtəhsil məktəblərinin ətrafında polis dəstələri olacaq.

Yollarda avtoxuliqanlıq hallarının baş verməməsi üçün Yol Polisi tədbirin sonuna qədər mərkəzi küçə və prospektləri nəzarətdə saxlayacaq.

Bu il Azərbaycanda orta ümumtəhsil məktəblərinin XI sinfini 112 min 549 şagird bitirir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG