Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 20:43

Son zəng məktəbdən kənarda keçirilə bilməz


2008-2009-cu tədris ilində Azərbaycanda orta ümumtəhsil məktəblərinin XI sinfini 112 min 549 şagird bitirəcək
2008-2009-cu tədris ilində Azərbaycanda orta ümumtəhsil məktəblərinin XI sinfini 112 min 549 şagird bitirəcək
Bu il son zəng yalnız hər bir məktəbin ərazisində və yalnız 3 saat keçiriləcək.

Bu barədə Təhsil nazir Misir Mərdanov mayın 18-də əmr verib.

Nazir bu əmri şagirdlərin təhlükəsizliyini qorumaq məqsədilə imzalayıb.

Mayın 19-da isə Bakı şəhəri üzrə Təhsil İdarəsinin son zəng tədbirlərinin keçirilməsi ilə bağlı əmr verib. İdarənin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı «Azadlıq» radiosuna bildirib ki, son zəng tədbiri mayın 30-da səhər saat 10.00-dan başlayaraq üç saat müddətində yalnız məktəbin ərazisində keçirilə bilər.

«Valideyn iclaslarında valideynlərin nəzərinə çatdırılır ki, məktəbdən kənarda keçirilən tədbirlərdə baş verən hər hansı hadisə ilə bağlı biz məsuliyyət daşımayacağıq»-, deyə Z.Əliqızı bildirib.

2008-2009-cu tədris ilində Azərbaycanda orta ümumtəhsil məktəblərinin XI sinfini 112 min 549 şagird bitirəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG