Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:19

Vaşinqton Şimali Koreyaya xəbərdarlıq edib


Vaşinqton Şimali Koreyanın nüvə dövlətinə çevirilməsini qəbul etməyəcək.

Bunu Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts Sinqapurda keçirilən təhlükəsizlik formunda deyib.

Robert Geyts qeyd edib ki, Koreya yarmadası nüvəsiz olmalıdır və Şimali Koreyanın nüvə proqramı regionda sülh və sabitliyə təhlükədir.

Ötən bazar ertəsi Şimali Koreyanın ikinci nüvə sınağını keçirməsi və 1953-cü ildə Koreya yarmadasında müharibəyə son qoymuş müqavilədən imtina eləməsi regionda gərginliyi daha da artırıb.
XS
SM
MD
LG