Keçid linkləri

Təcili xəbərlər
2023, 09 Dekabr, şənbə, Bakı vaxtı 05:02

«Barselona» Çempionlar Liqasının qalibidir


 «Barselona» qələbəsini bayram edir. Roma, 27 may 2009
«Barselona» qələbəsini bayram edir. Roma, 27 may 2009
İspaniyanın «Barselona» futbol klubu tarixi ərzində üçüncü dəfə Çempionlar Liqasının qalibi olub. Final oyununda İngiltərənin «Mançester Yunayted» klubunu 2:0 hesabıyla məğlub edib.

Birinci hissədə Eto’Onun vurduğu top kataloniyalıları 1:0 irəli çıxardıb. Bundan sonra tədricən üstünlüyü ələ keçirən «Barselon»a ilk hissənin sonuna qədər vəziyyətə nəzarət edib.

İkinci hissədə isə Messi başı ilə ikinci topu «Mançester Yunayted»in qapısından keçirib – 2:0.

Beləliklə, «Barselona» tarixi ərzində üçüncü dəfə Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb.



XS
SM
MD
LG