Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 04:46

Şimali Koreya yeraltı nüvə sınağı keçirib


Şimali Koreya hakimiyyəti bəyan edir ki, ölkədə yeraltı nüvə sınağı keçirilib və bu sınaq uğurlu alınıb. Yerli medianın verdiyi məlumata görə hakimiyyət bu sınağı milli təhlükəsizliyi qorumaq məqsədi daşıdığını iddia edir.

Şimali Koreyanın belə bir sınaq həyata keçirəcəyi Cənubi Koreya mediasında yer almışdı. Cənubi Koreya prezidenti Li Men Bak təcili təhlükəsizlik iclası çağırmışdı.

Şimali Koreya hədə qorxu gəlirdi ki, BMT-nin ona qarşı olan sanksiyalarına cavab olaraq nüvə sınağı həyata keçirəcək. Şimali Koreya bəyan edib ki, əgər BMT-nin təhlükəsizlik şurası təcili ondan üzr istəməsə yeni nüvə sınağı aparacaq.

Aprel ayında Şimali Koreya ballistik raket sınaqdan keçirmişdi.

XS
SM
MD
LG