Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:44

Vəkil olmaq istəyənlər imtahan verirlər


«60 və daha çox bal toplayan namizədlər növbəti mərhələyə buraxılacaqlar»
«60 və daha çox bal toplayan namizədlər növbəti mərhələyə buraxılacaqlar»
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Vəkillər Kollegiyası Kollegiyaya üzv olmaq istəyən namizədlər üçün mayın 24-ü test imtahanı keçirir. TQDK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnur Nağızadə «Azadlıq» radiosuna bildirib ki, imtahan Azərbaycan Kooperasiya Universitetinin binasında saat 11:00-da başlanıb və 4 saat davam edəcək. Onun sözlərinə görə, bu imtahanda iştirak etmək üçün 506 nəfər qeydiyyatdan keçib, lakin imtahana gəlməyənlər də var:

«İmtahan 100 sualdan ibarət testdir. 80 sual namizədlərin hüquq sahəsi üzrə biliyi, 20 sual isə məntiqlə bağlıdır. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. İmtahanın nəticələri bu gün TQDK-nın internet saytında yerləşdiriləcək. 60 və daha çox bal toplayan namizədlər növbəti mərhələyə buraxılacaqlar».

Hazırda Azərbaycanda 700-dən çox vəkil var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG