Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:45

Roksana Sabiri Birləşmiş Ştatlara dönüb


Əslən İrandan olan amerikalı jurnalist Roksana Sabiri İranda 4 aylıq həbsdən sonra dünən Birləşmiş Ştatlara dönüb.

Sabiri həbsdə olarkən ABŞ prezidenti Barak Obama da daxil olmaqla ona dəstək olan bütün insanlara təşəkkürünü bildirib.

ABŞ və İran vətəndaşı olan Sabiri İranda casusluq ittihamıyla 8 il azadlıqdan məhrum edilmişdi.

Lakin apelyasiya məhkəməsi hökmü 2 il şərti cəzayla əvəz etdikdən sonra o mayın 11-də azadlığa buraxıldı.

Birləşmiş Ştatlar, Qərb ölkələri və insan haqları təşkilatları jurnalistin azad olunmasını tələb edirdilər.

Roksana Sabiri ona qarşı irəli sürülmüş ittihamı rədd edir.
XS
SM
MD
LG