Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Bakıda yanğın zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb


Xətai rayonu ərazisində ölüm və xəsarətlə nəticələnən güclü yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın saat 04.15 radələrində Həzi Aslanov qəsəbəsi, 7-ci dairə küçəsində yerləşən sexlərdə qeydə alınıb.

Yanğın nəticəsində bir nəfər əsgər həlak olub, iki nəfər ilə tüstüdən boğulma ilə xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində 300 kvadrat metrdən yuxarı ərazi tamamilə yanıb. Yanğın baş verən ərazi qeyri yaşayış sahəsi olub və taxta sexi kimi fəaliyyət göstərib.

Faktla bağlı Xətai rayon Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırlıma aparılır.

/ANS Press/
XS
SM
MD
LG