Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Senat Əfqanıstana İraqdan daha çox pul ayırdı


ABŞ Senatı Əfqanıstanda hərbi əməliyyatlar üçün 91 milyard dollardan artıq vəsait ayırmağa razılaşıb. Senatorların 3-ü istisna olmaqla, 86-sı bu qərarın lehinə səs verib.

Gələn ildən Əfqanıstanda aparılan əməliyyatlar ABŞ büdcəsinə İraqda hərbi kontingenti saxlanmaqdan baha başa gələcək.

Senatorlar həm də Beynəlxalq Valyuta Fonduna qlobal maliyyə böhranı ilə mübarizə üçün 100 milyard, donuz qripi virusunun (H1N1) yayılmasının qarşısını almaq üçün isə 1,5 milyard dollar ayırıb.
XS
SM
MD
LG