Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

İslamçı məhbusların cəzaçəkmə illəri azaldılıb


Qırğızıstanın ali məhkəməsi 32 şübhəli islamçıya qarşı irəli sürülmüş ittihamı saxlayıb.

Keçən il oktyabrında Ramazan bayramı ərəfəsində etiraz edən 150 nəfər polislə toqquşub. Onların bir çoxu həbs olunaraq 20 ilədək azadlıqdan məhrumetmə hökmü alıblar. Prokuror Jorokul Kuvatov deyib ki, sonradan müraciət olunan ərizələrə əsasən bu illər azaldılıb, ən az 5 ilə, ən çox isə 17 ilə salınıb.

Həbs olunanlar Mərkəzi Asiyada qadağan olunmuş Hizb ut-Tahrir qruplaşmasına aid olunmaqda ittiham olunurlar. Onlar isə bu ittihamı rədd ediblər.
XS
SM
MD
LG