Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 15:17

Rusiyayla Gürcüstan iyulun 1-də yenidən görüşəcəklər

Rusiyayla Gürcüstan iyulun 1-də yenidən görüşmək razılığına gəliblər.

Bunu Avropa Birliyinin Gürcüstan üzrə xüsusi nümayəndəsi və Cenevrə danışıqlarında həmsədrlərdən biri Pierre Morel bu gün deyib.

O bu günkü danışıqların konstruktiv olduğunu və prossesin daha da möhkəmləndiyini deyir.

Avropa Birliyi, ATƏT və BMT-nin vasitəçiliyi ilə keçirilən danışıqlarda məqsəd ötən ilin avqustunda tərəflər arasında baş vermiş müharibədən sonra münasibətləri yumşaltmaq və regionda yeni münaqişələrin qarşısını almaqdır.
XS
SM
MD
LG