Keçid linkləri

2025, 13 İyun, Cümə, Bakı vaxtı 03:58

Britaniya Parlamentinin spikeri istefa çağırışlarına məhəl qoymadı


Britaniya Parlamentinin aşağı palatasının spikeri Maykl Martin deputatların xərc qalmaqalına baxmayaraq istefa verməkdən imtina eləyib.

15 deputat hakim Leyboristlər partiyasının üzvü olan Martini deputatların xərcləriylə bağlı xəbərdarlıqları qulaqardına vurmaqda ittiham eləyib, istefaya çağırmışdı.

Martin istefa versəydi Britaniya parlamentinin aşağı palatasının 300 il ərzində istefa verən ilk spikeri olacaqdı.

Britaniyada depuatların dövlətin ayırdığı pulları şəxsi məqsədləri üçün istifadə eləməsi faktlarıyla bağlı ciddi ictimai qınaq var.
XS
SM
MD
LG