Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:58

«Butulkalı ev» nəhayət ki, təmir olunur


«Butulkalı ev»
«Butulkalı ev»
Gəncəyə gələn turistlərin baş çəkməmiş getmədikləri, yerli camaatın «butulkalı ev» dediyi bina nəhayət ki, təmir olunur. Ev sahibi Məhəbbət Cəfərova qayınatası İbrahim Cəfərovun tikdiyi oğullarına miras qalan bu evi imkansızlıqdan satmaq istəyir:

«Mənim qayınatam əziyyətlə tikib bu evi, asan başa gəlməyib. Çox xarici ölkələrdən gəlib, çəkirlər bu evi. Axırıncı səfər Malayziyadan gəlmişdilər film çəkməyə. Ev uçub dağılırdı. 1-2 ilə də ev tam pis vəziyyətə düşərdi. Dam örtüyü, içi pis gündədir. 5-6 ay olar müraciət elədim, sağ olsunlar təmir etdirdilər».

«Butulkalı ev»in əzəmətli və düşündürücü görünüşü var. Bina butulkalardan, kiçik dərman şüşələrindən, təbii, rəngbərəng və müxtəlif ölçülü dəniz daşlarından inşa olunub. Sənəti memar olan İbrahim Cəfərov oğlu ilə birlikdə bu evi müharibədə itkin düşmüş qardaşının şərəfinə tikib.

«Dəniz daşlarının hamısını Soçidən gətirib. Mozaika daşı deyilən rəngli daşlardan gül qabları hörülüb. Binanın üzərinə butulkadan, daşdan, «Gəncə», «olimpiada» sözləri yazılıb. Qayınatamın qardaşı Yusifin taxta üzərində şəkli yonulub».

Mətanət xanımın ərizələrindən sonra bu evdə şəhər icra hakimiyyətinin təşəbbüsü ilə təmirə başlanıb. Hazırda evin çox yerləri düzəldilib.
Amma şəhər icra hakimiyyəti bu təmiri müasir görkəmli adlandırıb deyə, ev sökülüb yenidən taxtadan təmir olunacaq.

Mətanət Cəfərova xeyli vaxtdır ki, evi satmaq istəyir. Amma şəhər rəhbərliyi icazə vermir:

«Mədəniyyət idarəsi deyib ki, bu sənin şəxsi mülkündür biz bunu təmir edə bilmərik. Xaricilər çox istəyiblər evi alsınlar amma icazə verilməyib. Mənsə istəyərəm satam 2 oğlum var axı?»

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının təsərrüfat işləri üzrə müavini Şahmalı Cavadov isə deyir ki, ev sahibi imkansız olduğu üçün bu evi təmir edirlər, əslində bu, şəxsi mülkdür. Şahmalı Cavadov evin satılması məsələsinə belə münasibət bildirdi ki, Mətanət Cəfərova onu sata bilər, amma yaxşı olar ki, satmasın.
Mədəniyyət və Turizm idarəsinin rəisi Mina Məlikova isə deyir ki, o ev turizm üçün dəyəlidir, satılmasa yaxşıdır.

«O orijinal bir janrdır. Turistlər gələndə aparırıq ora. Abidə kimi qeydiyyata alınmayıb. Turizm sahəsi ilə əlaqədar turistlərə çalışırıq orijinal bir şeylər göstərək».

«Butulkalı Ev»in sahibi Mətanət Cəfərova hələ ki, gözləyir. Amma övladları evlə təmin olunmasa, öz sirli görünüşü ilə hamını cəlb edən ev hansısa bir əcnəbiyə də qismət ola bilər.
Amma mətanət Cəfərova övladları evlə təmin olunmadığı halda butulkalı evi satmağa qərarlıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG