Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Şəmkirdə kokos qabığında tərəvəz yetişdirəcəklər


Damcı yolu ilə suvarılacaq tərəvəzlərin məhsuldarlığı 4 dəfə artıq olacaq.

Şəmkirin Sarıtəpə zonasında ən yeni texnologiyalarla fəaliyyət göstərəcək istixana quraşdırılır. Burada faraş tərəvəzlər (pomidor, xiyar, bibər və.s) yetişdirilcək. Şəmkir rayon İcra Hakimiyyətinin iqtisadi məsələlər üzrə müavini Sabir Quliyevin verdiyi məlumata görə, yeni istixanada yetişdirilən tərəvəzlərin məhsuldarlığı 4 qat çox olacaq. İldə 1000 ton məhsul becərilməsi nəzərdə tutulan bu istixana 2 hektar ərazidə quraşdırılır.

«Burada məhsullar kokos qabığında yetişdiriləcək, damcı üsulu ilə suvarılacaq. Ən yeni texnologiyalardan istifadə edilməklə quraşdırılan istixanada becərilən məhsullar daxili və xarici bazara çıxarılacaq»

İyun ayında istifadəyə verilməsi nəzərdə tutulan istixananın quraşdırlıması üçün «Azaqro» MMC-yə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 3 milyon manat kredit ayrılıb.
XS
SM
MD
LG