Azərbaycan BMT-nin Baş Assambleyasının İnsan Hüquqları Şurasına seçilmədi. Əslində mayın 12-də keçirilən bu səsvermə bir çox yerli təhlilçilər üçün gözlənilməz olmadı. Hələ səsvermədən əvvəl Azərbaycanın bir sıra hüquq müdafiəçisi BMT Baş Assambleyasına müraciət edərək bu ölkənin həmin şuraya üzv seçilməsinə səs verməməyə çağırmışdılar.
Azərbaycan İran və Özbəkistanla həmrəylik nümayiş etdirirdi
Ancaq əvvəlcə yerli dəyərləndirməyə Azərbaycanın İnsan Hüquqları Şurasında 3 illik fəaliyyətinə verilən qiymətdən başlayaq. Hələ iki il əvvəl BMT İnsan Hüquqları Şurasında Azərbaycan İran və Özbəkistanla həmrəylik nümayiş etdirmişdi.
O vaxt Azərbaycanın şura üzvü kimi İran və Özbəkistanda insan hüquqları ilə bağlı araşdırmanın dayandırılmasına səs verməsi ölkə daxilində də narazılıqla qarşılanmışdı. Bəzi hüquq müdafiəçiləri ölkənin Özbəkistan bir yana, milyonlarla azərbaycanlının hüquqlarının tapdandığı bildirilən İranda insan hüquqları ilə bağlı araşdırma istəməməsini heç cürə qəbul edə bilmirdilər. Ancaq həmin günlər «Azadlıq» radiosuna müsahibə verən parlamentin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova deyirdi ki, Azərbaycan İran və Özbəkistanla münasibətlərinə xələl gəlməsini istəmir:
«Bizim münasibətlərimiz yüksələn xətlə gedir. Biz onları müdafiə edirik. Bu, bizim dövlət mövqeyimizdir. Başqa cür də ola bilməz».
3 ildə Azərbaycanda insan hüquqlarının vəziyyəti yaxşılaşıb yoxsa pisləşib?
İnsan Hüquqları Şurasına üzv ölkələr təkcə bütün dünyada insan hüquqlarının vəziyyətinə nəzarət etmir, o həm də bu qurum qarşısında üzərilərinə çox böyük öhdəliklər götürürlər. Bəs görək bu 3 ildə Azərbaycanda insan hüquqlarının vəziyyəti yaxşılaşıb yoxsa pisləşib?
Müsavat partiyasının başqanı İsa Qəmbər deyir ki, son 3 ildə Azərbaycanda insan hüquqlarının bütün sahələrində vəziyyət ağırlaşıb:
«İstər media sahəsini götürək, istər sərbəst toplaşmaq azadlığını, istərsə də iqtisadi azadlıqlar sahəsini götürək, vəziyyətin gün-gündən ağırlaşdığı göz qabağındadır. Elə bunun nəticəsidir ki, korrupsiya Azərbaycanda baş alıb gedir. Nəticədə ölkənin imkanlarından problemlərin, o cümlədən Qarabağ münaqişəsinin həllində istifadə etmək mümkün olmur».
Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Musa Quliyev isə deyir ki, Azərbaycanın BMT İnsan Hüquqları Şurasına üzv seçilə bilməməsi nə onun bu qurumdakı 3 illik fəaliyyəti ilə, nə də ki, daxili vəziyyətlə bağlıdır:
«Əksinə Azərbaycanda son illər insan hüquqları sahəsində böyük işlər görülür. Bu həm real proseslərdə, həm də qanunvericilik sahəsində özünü göstərməkdədir».
«Bu demokratiya məni açmır…»
Siyasətçilərdən fərqli olaraq sadə insanlar Azərbaycanın BMT İnsan Hüquqları Şurasına üzv seçilib-seçilməməsi ilə bir o qədər də maraqlanmasalar da, onların da bununla bağlı deməyə sözləri var:
«- Bizdə insan hüquqları hər addım tapdanır. Məhkəmədə, iş yerlərində. Bizdə insana qiymət yoxdur.
- Görünür bizdə demokratiyanın vəziyyəti onları qane etmir. Rəhmətlik Bəxtiyar Vahabzadə demişkən «bu demokratiya məni də açmır…»
- Bu səhv mövqedir. Azərbaycanda kim şikayət edir, hüquqları qorunur».
Hüquq müdafiəçisi Sahib Məmmədov isə deyir ki, indi Azərbaycan hökuməti BMT Baş Assambleyasının İnsan Hüquqları Şurasına üzv seçilməməsinin səbəbləri üzərində düşünməlidir. Onun fikrincə, həm BMT-dəki fəaliyyət gücləndirilməli, həm də insan hüquqlarının inkişafına daha böyük önəm verilməlidir.