Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:59

Rusiya və Yunanıstan qaz kəməri layihəsini imzalayacaqlar


Yunanıstanın Rusiya ilə əldə etdiyi Cənub Axını layihəsinə qoşulma razılığıni genişləndirəcəyi gözlənilir. Bu layihəyə görə Rusiya qazı Avropaya ötürülür. Ölkənin İnkişaf naziri Kostis Hatzidakis deyib ki, razılaşma bu həftə sonu imzalna bilər. Afinada keçirilən ətraf mühit və enerji sammitində çıxış edən nazir bildirib ki, razılaşmaya görə layihənin Yunanıstan hissəsini işləyəcək şirkətlər müəyyənləşəcək.

Cənub Axını layihəsi Rusiya qazını Qara dəniz vasitəsilə Bolqarıstandan keçməklə və Ukraynadan ötməklə Avropaya ötürür. Hesdab olunur ki, bu layihə Avropa və ABŞ-ın dəstəklərdiyi Nabukko layihəsinin gücünü zəiflədə bilər.
XS
SM
MD
LG