«Müstəqil müşahidəçiləri hansı əsasla saxlayırlar?» Bu sualı mayın 10-da Azərbaycan polisinə ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan üzrə direktoru Aryen de Volf verib. Gül bayramına etiraz edən gəncləri izləyərkən cənab Volf polis tərəfindən saxlanıb. Özü də tək o yox, onunla yanaşı MDİ-nin başqa bir əməkdaşı da polis şöbəsinə aparılıb.
Aryen de Volf:
«Onlar içəridə bizimlə pis davranmadılar. Mənim rəhbərlik etdiyim təşkilatın işçisi, sadəcə, kənardan hadisələri izləyən Rəşad Şirinovun saxlandığını görüb, polisə yaxınlaşdım. Onun nə üçün həbs olunduğun soruşmaq istədim. Mən özümü MDİ-nin burdakı rəhbəri kimi təqdim etdim. Onlar isə bizim qolumuzu burub maşına apardılar. Mən onlardan nə üçün həbs edildiyimi soruşdum. Bizə dedilər ki, bu, həbs deyil, başqa heç nə demədilər. Onlar məni sorğu-suala tutmadılar, məndən sənəd də istəmədilər, sadəcə soruşdular kiməm…»
Elə ondan başlayaq ki, cənab Volf deyir ki, ona saxlanmasının səbəbi izah olunmayıb. Hüquqşünas İntiqam Əliyevsə yada salır ki, saxlanan şəxsə dərhal bunun səbəbi izah edilməli, yubanmadan vəkillə təmin olunmalı, protokol tərtib edilməlidir. Cənab Volf «Azadlıq» radiosuna deyib ki, o, polisdən müstəqil müşahidəçilərin hansı əsasla saxlandığını soruşub. Amma sualına heç bir cavab almayıb.
Bu sualla Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidova üz tutduq. O deyir ki, iş günü olmadığından xarici müşahidəçinin saxlanmasından xəbərsizdir. Ona görə də sualımızı cavablandıra bilməyəcək.
MDİ təmsilçisinin cavab ala bilmədiyi sualı hüquqşünasa yönəldirik: müstəqil müşahidəçini hansı əsasla saxlamaq olar? Hüquqşünas İntiqam Əliyev deyir ki, Azərbaycan qanunvericiliyinə görə, əgər xarici müşahidəçi diplomatik korpusun üzvüdürsə, onun toxunulmazlıq hüququ var və o saxlana bilməz. Amma beynəlxalq qurumların bu cür toxunulmazlıq hüququ olmur. Bunu MDİ-dən də radiomuza təsdiqləyiblər.
O ki qaldı, adi müşahidəçinin saxlanıb-saxlana bilməməsinə, İntiqam Əliyev deyir ki, adi müşahidəçi də istisna halda saxlana bilər, əgər qanunu pozursa, tutaq ki, vətəndaşın malına-mülkünə ziyan vurursa və sairə:
«Həmin adam zorakılığa yol vermirsə, onun saxlanması özü də qanun pozuntusudur. Həm beynəlxalq, həm yerli qanunvericilik müşahidəçilərə də, adi adamlara da fərq qoymur».
Amma hüquqşünas deyir ki, təcrübə göstərir ki, bəzən Azərbaycanda kütləvi aksiyalarda həm müşahidəçilər, həm də adi vətəndaşlar qanunsuz həbs edilir və zorakılıqla üzləşməli olurlar. Mayın 10-dakı kütləvi aksiya da istisna deyil. Onun bildiyi qədər ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru Aryen de Volf da etiraz aksiyasında qanunu pozmayıb, sadəcə, gül bayramına etiraz edən gəncləri izləyib:
«Demək lazımdır ki, baş verənlər kobud qanun pozuntuları ilə müşayiət olunub. İstər beynəlxalq qurumların nümayəndələri, istər Azərbaycan vətəndaşları toplaşmaq və öz fikirlərini ifadə hüququna malikdirlər».
Azərbaycanda kütləvi aksiyalar zamanı xarici müşahidəçilərin polislə üz-üzə gəlməsi isə yeni hadisə deyil. Belə hadisələrdən biri 2003-cü ildəki prezident seçkiləri zamanı baş vermişdi. O zaman namizədinin qalib gəldiyini elan edən Müsavat Partiyasının üzvləri və tərəfdarları seçki qərargahının qarşısına yığışıb, nəticələrə etiraz edirdilər, binanı mühasirəyə alan polis isə həbslərə başlamışdı. Həmin vaxt ATƏT-in seçkiləri izləyən nümayəndəsi Piter Ayker də Müsavatın qarşısındaydı və polis zorakılığı ilə üzləşmişdi. Həmin hadisəni hüquq müdafiəçisi Arzu Abdullayeva xatırlayır:
«Piter Aykeri hətta itələmişdilər, az qalmışdı vursunlar. O ora öz hüququnu müdafiə edənlərə dəstək olmağa, adamları dinləməyə gəlmişdi. O zaman qərargaha girmək istəyəndə itələmişdilər. Təkcə o deyil. Saçı qara olan, bizə bənzəyən müşahidəçilər burda həmişə əziyyət çəkiblər…ABŞ səfirliyinin əməkdaşı yadımdadır ki, bir dəfə zorakılıqla üzləşmişdi. Amma həbs hadisəsi yadıma düşmür. Yadıma gəlmir ki, indiyə kimi belə möhtəşəm beynəlxalq qurumların üzvləri həbs edilsin».
Bununla belə, Arzu Abdullayeva son hadisəni daha çox təsadüfi sayır. Onun sözlərinə görə, bunun bir xeyri də var ki, beynəlxalq qurumun nümayəndəsi qanunsuzluqla üzləşən Azərbaycan vətəndaşının düşdüyü vəziyyəti anlaya bildi.