Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:59

«Müstəqil müşahidəçiləri hansı əsasla saxlayırlar?»


Aryen de Volf «Gül bayramı»na etiraz edən gənclərin aksiyasını müşahidə edərkən saxlanıb
Aryen de Volf «Gül bayramı»na etiraz edən gənclərin aksiyasını müşahidə edərkən saxlanıb
«Mən hazırda 22-ci Polis Bölməsindəyəm. Əməkdaşımız Rəşad Şirin də mənimlədir. Məndən izahat almayıblar, heç şəxsiyyət vəsiqəmi də istəməyiblər. Deyirlər ki, məsələni aydınlaşdırırlar, amma hələ ki, çıxıb getməyə də qoymurlar, sərbəst buraxmırlar».

ABŞ Milli Demokratiya İnstitutunun ölkə direktoru Aryen de Volf Nəsimi rayon 22-ci Polis Bölməsindən «Azadlıq» radiosuna belə deyib.

O, mayın 10-da «Gül bayramı»na etiraz edən gənclərin aksiyasını müşahidə edərkən polis tərəfindən saxlanıb.

Aryen de Volf:

«Mən onlardan soruşdum ki, müstəqil müşahidəçiləri hansı əsasla saxlayırlar? Hələ ki, sualıma heç bir cavab almamışam».

Saat 16 radələrində Aryen de Volf sərbəst buraxılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG