Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:37

Qisa siyahı açıqlandı!


Azadlıq Radiosunun "Oxu zalı" ədəbiyyat portalında keçirilən "Ədəbi Azadlıq-2011" hekayə müsabiqəsinin qısa siyahısı açıqlandı.

Münsiflər Heyətinin 4 üzvü təxminən 150 hekayə arasından aşağıdakı əsərləri qısa siyahıya (onluğa) layiq biliblər. (Əlifba sırası ilə verilir)

Anar Fərəcov "Yerevan azərbaycanlısının memuarları"

Azad Qaradərəli "Gilənar albalı olurmu?"

Babək Göyüş "Yaşıl qurbağanın çəhrayı daşı"

Jalə İsmayıl "Ülviyyə Heydərova"

Mənsurə Qaçayqızı "Qərar"

Mətləb Muxtarov ''Araba Sahipinden Satılıktır''

Musa Əfəndi "Onları yol apardı"

Novruz Novruzov "Ritorik"

Rasət Pirisoyu "Xa..."

Rəhim Əliyev "Zabitəli kişinin arvadı"

Şahbaz Xuduoğlu "Doktor Cəmil"

Şəhriyar Hacızadə "Vəfalı Xoruzu Cehiz Apardı"

Tosif Həsənli "Divarlar"


Onluğa düşmək üçün minimum balı 4 hekayə topladığı üçün onların hamısını qısa siyahıya daxil etmişik. Beləliklə bu ilki qısa siyahı şərti olaraq onluq adlanır və 13 hekayədən ibarətdir.

Münsiflərə hekayələr müəllifləri göstərilmədən verilib.

İndi müsabiqənin ikinci mərhələsi başlayır. Qısa siyahıdakı hekayələr "Oxu zalı"na yerləşdirilməklə oxucularımızın ixtiyarına verilir.

Onlar mükafata layiq bildikləri hekayəyə səs verə bilərlər (Burada səs ver). Səsvermə 15 gün - mayın 18-ə qədər (18-i də daxil olmaqla) davam edəcək.

Daha sonra müsabiqənin üçüncü mərhələsində həmin səsvermənin nəticələri münsiflərə təqdim ediləcək, onlar nəticələri nəzərə almaqla hekayələrə əlavə ballar verə bilərlər.

Oxucuların səsverməsi əsasında formalaşan reytinq sıralaması 4 səbətə bölünəcək. Hər bir münsif oxucuların səsverməsində 1-3-cü yeri tutan hekayələrdən birinə 7 bal, 4-6-cı yerləri tutan hekayələrdən birinə 5 bal, 7-9-cu yerləri tutan hekayələrdən birinə 3 bal, 10-13-cü yerləri tutan hekayələrdən birinə isə 1 bal verə bilər.

(Amma oxucuların səsverməsini nəzərə almaq da münsif üçün məcburi deyil).

Ən sonda bu əlavə ballarla münsiflərin müsabiqənin ilk mərhələsində həmin hekayələrə
Əkrəm Əylisli keçən ilki "Ədəbi Azadlıq" mükafatını yazıçı Eyvaz Zeynalova təqdim edir. E.Zeynalov həm müsabiqənin ilk mərhələsində yüksək bal almış, həm oxucuların səsverməsində "1-ci səbətə" düşmüş, həm də münsuflərdən əlavə bal almışdı.
verdikləri ballar toplanacaq və qaliblər müəyyən ediləcək.

Qısa siyahıya düşənlərə uğurlar arzu edir, müsabiqəyə qatılan müəllifləri isə növbəti müsabiqələrimizdə görməyə ümid edirik.

Keçən ilki müsabiqədə olduğu kimi bu il də müsabiqəyə təqdim edilmiş 50 seçmə hekayə kitab halında çap ediləcək.

(Kitab satış üçün nəzərdə tutulmayıb, kitabdan bir nüsxə həmin müəlliflərə veriləcək, digər nüsxələr mükafatlandırma mərasimində payıanacaq və daha sonra Azadlıq Radiosunun Bakı bürosunun qonaqlarına hədiyyə ediləcək).

Baş mükafatı notebook, 2-ci və 3-cü mükafatları netbooklar olan müsabiqənin qaliblərinin adları iyunun əvvəlində Bakıda keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq.

Səsvermədə iştirak üçün "Oxu zalı" səhifəmizə keç!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG