Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Bakıda nəqliyyatın hərəkatı məhdudlaşır


Litva Prezidenti Dalya Qribauskaytenin Azərbaycana səfəri ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun Lent.az-a verdiyi məlumata görə, bəzi küçə və prospektlərdə bu gün və sabah məhdudiyyətlər tətbiq olunacaq.

Belə ki, bu gün saat 13:00-dan etibarən tədbir başa çatanadək Aeroport şosesi istiqamətindən Heydər Əliyev prospekti ilə, 10-cu zavod dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, “Azneft” meydanı, Niyazi və İstiqlaliyyət küçələri, geriyə Neftçilər prospekti, Rəşid Behbudov, Bakıxanov Ceyhun Hacıbəyli, Vaqif küçələri, Qələbə meydanı, Atatürk prospekti, Həsən Əliyev, Səməd Vurğun küçəsi, İnşaatçılar, Hüseyn Cavid, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, Lermontov, 10-cu park küçələrində, mayın 3-də isə 7:30-dan 15:00-dək Fəxri Xiyaban və Şəhidlər Xiyabanı, eyni marşrutlar üzrə “Azneft” dairəsindən Heydər Əliyev adına beynəlxalq Hava Limanı istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılcaq. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Qeyd olunan küçə və prospektlərdə avtomobillərin parklandırılmasının mümkünsüzlüyü nəzərə alınaraq, bu istiqamətlərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi məsləhət görülür.
XS
SM
MD
LG