Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 07:14

FƏDAİ. Bəxtiyarnamə (3)


əvvəli

ÜÇÜNCÜ VƏZİRİN
PADŞAHA ƏRZ ETMƏSİ


Sabah oldu yenə xurşidi-ənvər,
Çıxıb dünya üzü oldu münəvvər.
Var idi padşahın bir vəziri,
Əcayib, xurdəbin3 və dadgiri.
Ona qoymuşlar idi Afərin nam,
Müdəbbir4, kardan5, niku-sərəncam6.
Dedi sultana ol bir neçə sözlər:
Ki, sultan bağrına yapışdı közlər,
Dedi: ey padşahi-nik-fərcam!7
Sənin tək yoxumuş rüsvay, bədnam.
Əgər yoxdur sənin canında qeyrət,
Təqafül eyləmə ey bihəmiyyət!
Bunu öldürginən sən, nam badə
Gedibdir, saxlama bundan ziyadə.
Nə söylər kim sənə əhli-zəmanə,
Qulaq asırsan, ol söylər fəsanə.
Gətirdilər pəs oldəm Bəxtiyari.
Kəsilmiş çarəsi, yox ixtiyari.

__________
8 Oldu
9 Üçüncü vəzir sultanın yanına gəldi
1 Xırdaçı
2 Tədbirli adam
3 İş bilən
4 Tədbirli
5 Aqibəti xeyirli olan


Ki, ey biabru, şərməndeyi-dun
Bizi aləmdə sən rüsvay qıldın!
Sənin aləmdə adın eyləyim güm1,
Dəxi qılmam sənə lütfü tərəhhüm.


BƏXTİYARIN PADŞAHA
CAVAB VERMƏSİ

Dedi pəs Bəxtiyar: ey şahi-vala!2
Sənin olsun pənahın həqq-təala.
Yamanın olmasın ey şahi-kamil!
Yaman olmaz şaha səbrü təhəmmül.
Təhəmmül eyləmək rəhman işidir,
Ki, təcil eyləmək şeytan işidir.
Necə kim səbr qıldı mərdi-Sabir,
Hami mətlubi3 hasil oldu axir.
Ki, səbr etdiyi üçün onu Allah,
Çıxarıb çah4 içindən, eylədi şah.
Dedi: sultan kimi idi ol diləfkar?
Ki, səbr etdi necə kim gördü azar.
Onun məskəni neyşə5 çah oldu,
Neyşə çahdan çıxıb ol şah oldu?


BƏXTİYARIN SABİR SƏRGÜZƏŞTİNİ
NAĞIL ETMƏSİ

Dedi pəs Bəxtiyar: ey, bəxt yarın,
Münəzzeh6 eybidən namusü arın.
Eşitmişdim məgər bir dastani,
Oxurdu cəm içində qıssəxani7.

__________
1 İtmiş
2 Böyük
3 Arzuları
4 Quyu
5 Nə üçün
6 Təmiz
7 Nağıl danışan


Müəzzəm, mötəbər, məmurə1, bir kənd,
Var idi onda bir mərdi-xirədmənd.
Çox idi fikri, həm çox şükri, səbri,
Yox idi qeyri-taət2, heç fikri.
Var idi bir bölük mali, davari.
Kim onunla keçərdi rüzgari.
Qulami-padşahi-əsri dövran,
Tələb eylər olardan, mali-divan,
Əlinə almış ol hökmi-bərati,
Bəqayət döydü onda türkü, tati.
Hücum eylədi pəs onda rəiyyət,
Yetişdi ol igidə zəxmi3 zərbət.
Kişi ol yarələrdən öldü nagah,
Bu mənidən xəbərdar oldu çün şah.
Buyurdu etdilər ol kəndi qarət,
Yetişdi kəndə onda çox xəsarət4,
Əlindən Sabirin həm getdi mali,
Dedi bir gün ona əhli-əyali:
– Driqa nedəlim, mal oldu tarac,
Ki, qaldıq binəva, miskinü möhtac.
Sənin bu davada yoxdur günahın,
Ki, qorxma, həqq-təaladır pənahın.
Yazıb bir ərzə get sən padşahə,
Həqiqət ərz qıl sən barigahə.
Sənin çün ona məlum ola halın,
Ki, şayəd geri verə yenə malın.
Dedi Sabir ki, ey pakizə övrət!
Eşitmişəm, atam qılmış vəsiyyət.
Ki, ta kim, hər kəs uğrasa bəlayə,
Riza vermək gərək labüd qəzayə.
Ki, səbr ilə olur hər müşkül asan
Ki, təcil eyləməkdir feli-şeytan5.

__________
1 Abad
2 İbadətdən başqa
3 Yara
4 Zərər
5 Şeytan işi


Edəlim biz dəxi səbrü təhəmmül,
Xuda raziqdir1, ona qıl sən təvəkkül.
Tutalım yüzümüz qadir ilahə,
Kim ol versin xəbər ol padşahə.
Bizim dadımızı həqq ondan alsın,
Bizim tək dəxi o, biçarə qalsın.
Əlindən gedə yarəb, mülkü mali,
Gəda olsun, pərişan ola hali.
Olaydıq ol qədər dünyadə zində2,
Onu görəydik biz belə gündə.
Gedəydi günümüzdən işbü qeyqu,
Eşitdi günümüzdən işbü qeyqu,
Eşitdi bu sözü bəlxah, bədgu3.
Yetirdi bu sözü ol şəhriyarə,
Çü pünhan sözü qıldı aşikarə.
Ki, vardır bir kişi adı Sabir nam
Şaha çox söylədi nifrinü düşnam4.
Buyurdu dərdəm, ol birəhmü qəddar,
Ki, varsın bir neçə zalim, sitəmkar.
Qılıb cövrü sitəm, yoxsul və möhtac,
Onu bu ölkədən qılsınlar ixrac5.
Döyüb də sındırın əlin-ayağın,
Gətirsin belə həm oğul-uşağın.
Necə əmr eylədi ol bisəadət,
Fəqirə qıldılar zülmü siyasət
Onun çün tirə oldu rüzgari,
O yerdə qalmadı səbrü qərari.
Gecə oldu onun çün ruzi rövşən,
Qovub çıxardılar ol məmləkətdən.
Ürəyi dopdolu qan, bağrı parə,
Çıxıban getdilər özgə diyarə.
Biləsincə6 iki oğlu, bir övrət,

__________
1 Ruzi verən
2 Diri
3 Şər danışan
4 Söyüş
5 Xaric etmək
6 Yanınca


Gedərlərdi çəkib rəncü məşəqqət.
Ayaq yalın, başı açıq, piyadə,
Dəxi möhnət nədir bundan ziyadə?
Bu hal ilə gedərkən ol diləfkar,
Kim uğradı ona bir neçə xunxar1.
Olar ilə bilər yox mali dünya,
Kim oğrular edə talanü yəğma2.
Təməh elədilər oğlanlarına,
Yetişdilər oların yanlarına.
İki tifli3 onlardan aldı onlar,
Yanıb həsrət oduna qaldı onlar,
Gedər onlar, bular qıldı nəzarə,
Ciyər firqətdən oldu parə-parə.
Ana başın açıb eylərdi şivən,
– Nedim4, qanda5 varım, nə eyləyim mən?
Saçın yoldu, üzünə saldı dırnaq,
Başına sovururdu daş və torpaq.
Dedi Sabir: – Qəbul eylə nəsihət!
Həqqin təqdirinə səbr eylə övrət!
Eşitdim ta necə səbr etdi Eyyub,
Ki, tapdı Yusifi səbriylə Yəqub.
Həqqə şükr eylə, dəxi olma qəmgin,
Ol övrət səbr tapdı oldu təmkin.
Yeridilər olar biab6, binan7,
Diləfkarü həzin, iftanü xizan8.
Dəxi heç görmədilər el və oymaq,
Yetişdilər qəzara gün batan çaq,
Müəzzəm şəhr, yaxşı bir məkanə,
Dedi Sabir ki, ey banuyi-xanə9,

__________
1 Qan içən (quldur)
2 Talamaq, çapmaq
3 Uşağı
4 Nə edim
5 Harada
6 Susuz
7 Çörəksiz
8 Yıxılaraq, qalxaraq
9 Ev xanımı


Bu dəm gün batdı, bivaxt oldu zinhar,
Bu şəhr içində əlbəttə əsəs1 var,
Sən əylən münda mən şəhrə gedəyim,
Gətirib yeyəcək fikrin edəyim.
Sabah olcaq olayım şəhrə daxil,
Ki, səbr ilə olur mətlub hasil.
Oradan getdi Sabir, qaldı övrət,
Yetişdi bir cavani-pak tələt,
Müsəlləh, ol cavan olmuş süvarə,
Yetişdi çün ona qıldı nəzarə
Dedi: – Ey nazəninü sərvü bala!
Güləndamü səmən-sima, dilara!
Neşə yalquz burada əylənibsən?
Gəl indi şəhrə aparım səni mən!
Mən eyləyim sənə ikramü ezaz,
Sən eylə mənə qəmzə, işveyü naz.
Dedi övrət ona: pəs ey bəradər!
Rəva deyil, bir övrətə iki ər
Yəqin bil ey cavani xub-kirdar!2
Deyiləm mən dəxi yalqız, ərim var.
Cavanü nazənin, xubi-çöhrə,
Dəmadəm gələr indi, getdi şəhrə.
Yeri qardaş yoluna, sən işin tut!
Məni necə ki, gördün elə unut!
Bu yerdə yox məgər divani sorğu?
Qəzəbləndi, dedi ol tünd bədxu3.
Mənimlə gəlməsən ey paki-daman!
Sənin canındadır bu tiği-bürran4.
Davasız qaldı ol biçarə övrət,
Əliylə torpaq üstdə yazdı bir xətt,
“Məni apardılar bu şəhrə, Sabir!
Əyan olsun sənə əhvali-zahir!”
Ol övrət natəvan, döz bu fəraqə,

__________
1 Gecə qaravulu
2 Tərbiyəli
3 Pis xasiyyətli
4 İti bıçaq


Kişi götürdü onu getdi şəhrə.
Ol igidin anası yaxşı övrət,
Var idi bir zəifə, pak seyrət1.
Sözü şəkkər, özü gülbərk2 xəndan,
Mürüvvətli, həyali, əhli-iman.
Fəqirü, binəvalər qəmküsari,
Mütii-əmr həqq taətgüzari3.
Bu övrət gördü çün ol pakizadi,
Ətəyindən tutuban qıldı dadi:
– Gəl ey övrət, xudanın hörmətiçün
Məhəmməd Mustəfanin izzətiçün.
Gəl ey ana, mənə qıl gəl, şəfaət,
Bu oğlandan mənə ol gəl himayət,
Mənə sən olmasan gər yarü yavər,
Tutaram ətəyindən ruzi-məhşər.
Bu oğlandan mənim ol sən pənahim.
Ki, səndən qeyri yox bir ümidgahim.
Xəbərdar ola Xatuni qiyamət,
Əlindən eylərəm ol gün şikayət.
Dedi Xatun: əgər vardır səlahin,
Edim onunla mən əğdü nigahın,
– Yəqin bil ey ana, sən xub-kirdar,
Ərim vardır, ərim vardır, ərim var.
Dedi övrət: sənə ərz eylədim mən,
İki dünyada sən mənim qızımsan.
Əlin verdi ona həm qıldı iqrar,
Çağırdı oğlunu xatuni-dindar.
Dedi: oğul, eşit, ol gəl xəbərdar!
Bu övrət verdi mənə çünki iqrar,
Mənim oldu qızım, ol sənə xahər4,
Təməh ondan götür, ey cani-madər.
Əmanət, əl-əmanət, əl-əmanət!5

__________
1 Əxlaqlı
2 Gül yarpağı
3 Əmrə tabe olan
4 Bacı
5 Bu başqasının arvadıdır, bizim üçün əmanətdir.


Utan həqdən buna qılma xəyanət.
Onun halindən ol məsturə övrət1,
Olurdu gecə-gündüz vaxt, bivaxt.
Xəbər al indi qanda getdi Sabir?
Gör onun başına nə gəldi axır?
Gəlib əkmək2 alıb Sabir əlində,
Qayıtdı gördü övrət yox yerində.
Qayıtdı gördü övrət yox yerində.
Tökər hər dəm gözündən əşki-gülgün3,
Sanasan Leylidən ayrıldı Məcnun.
Çəkər nalə deyərdi: ey fələk, dad!
Məni sən etmədin bir ləhzə4 dilşad.
Yıxıldı xanimanım, oldu tarac,
Gədalıq, ac-susuz, xəlqə möhtac.
Məni avarə eylədin vətəndən,
Həm üzüldü əlim, göru kəfəndən.
Mənimlə eylədin sən məkrü hiylə,
Cida düşdük, qamu qovmü qəbilə.
Xaçan5 rəhm eylədin, məndən qayırdın6,
Ciyər guşələrim məndən ayırdın.
Mənimlə belə qalmışdı bir həmdəm
Nə gəldi başına, netdin7 onu həm?
Driqa xanda8 getdi, yari qəmxar
Onunçün gecə-gündüz ağlaram zar.
Sızıllaram, pərişan oldu halim,
Mənim yarəb əlimdən getdi malım.
Driqa neyləyim, biçarə qaldım,
Qəribü bikəsü avarə qaldım.
Gecə-gündüz gəzəydim mən cahani,
Nola ondan tapaydım mən nişani!

__________
1 Üzü örtülü (həyalı) arvad
2 Çörək
3 Qanlı yaş
4 Bir anlıq
5 Haçan, nə vaxt
6 Mənim işimi rast gətirdin
7 Nə etdin
8 Haraya


Qılırdı hər zaman ol zarü şivən,
Qaranqu getdi çün sübh oldu rövşən.
Baxıb gördü ki, övrət torpaq üstə
Yazıbdır key1 fəqiri dilşikəstə!
Məni apardılar bu şəhrə, ey yar!
Qırağa getməmişəm ol xəbərdar!
Çü gördü belə yazmış ol nigari,
Gəlib bir guşədə tutdu qərari.
Qəzara padşahi-ol vilayət,
Bina qılmışdı bir ali imarət.
Buyurmuşdu ki, ol mərdi-sitəmkar,
Ki, hər gün gəlsin onda xəlq büsyar2.
Hamu bimüzd3, bikar işləsinlər,
Gecə-gündüz giriftar eyləsinlər.
Neçə kimsə müqərrər4 eylədi şah,
Kimi görsələr onlar xah-naxah
Aparalar kim onda qıla bikar,
Kimin əlində ola zərrə dinar,
Verərdi rüşvət özün qurtarırdı,
Kimin yox axçası, onda qalırdı.
Bu halə çün deyil, Sabir xəbərdar,
Gəlib bir guşədə oturmuş ağlar.
Gəh övrət, gəh oğul, gəh dir5: malım,
Yetişdilər ona bir neçə zalım.
Neçə ağac ilə onun başına,
Vurub apardılar palçıq işinə.
Sabah axşam olunca işlədərlər,
Gecə – pəs onları məhbus edərlər.
Yox idi onlara bir ləhzə rahət,
Hədisi Mustəfadır bir rəvayət.
Cahan küfr6 əhlinə olmuş gülüstan,
Vəli mömünlər üçün oldu zindan.

__________
1 Ki, ey
2 Çoxlu
3 Müftə, maaşsız
4 Qərara almaq; təyin etmək
5 Deyər
6 Kafərlər


Cahan dopdolu xarü niştərdir1,
Batır bağrına kim ki, rəhmgərdir.
Bəlavü möhnətü ənduhü2 qürbət,
İzafə oldu bu rəncü məşəqqət.
Onilə həm belə bir mərd miskin,
Var idi dilşikəstə, zarü qəmgin.
Gecə ağlar idi, zarü giryan3,
Dedi Sabir: ona ki qılma əfqan.
Həqqə şükr eyləyib səbr eylə pişə,
Ki, bidadü sitəm qalmaz həmişə.
Görərsən bir gün ey yari-yeganə,
Əsər yox zülmü zalimdən nişanə.
Bəsa4 hökmü, bəsa zalim, sitəmkar,
Ki, zülmündən olur mənzilləri nar5.
Bəsa kimsə ola çah ona zindan,
Çıxıb çahdan ola mənzili sultan.
Qəzara şah çün ol yerdə hazir,
Eşitdi hər nə söz söylədi Sabir.
Eşitsən bir xəbər xoş mötəbərdir.
Ki, həqq söz batilə oxdan bətərdir.
Ki, həqq söz ola həqqə şəhdü-şəkkər6,
Gəlir nahəqə çün şəmşirü xəncər.
Qəzəbləndi, yaman tünd oldu, coşdu,
Sana kim o yanar odlara düşdü.
Buyurdu ol zaman ol bimürüvvət,
Ona eylədilər çox-çox siyasət.
Gətirdilər salıb bir çahə möhkəm,
Özü çağırdı dedi ona ol dəm:
– Burada səbr qıl ta çərxi dövran,
Səni mundan çıxarıb edə sultan.
Quyuya saldı onu ol sitəmkar,
Bu halə olmadı heç kim xəbərdar.

__________
1 İti tikan
2 Kədər
3 Ağlar halda
4 Çoxlu
5 Od, atəş
6 Şirni, qənd


Qaranqu yerdə çahə düşdü Çabir,
Qılırdı səbr pünhan, şükr zahir.
Yüzün həqqə tutub qıldı ibadət,
Həmişə səbr, şükrü, zikr, taət,
Vəlakin bir igid halindən agah,
Olub onu anardı gahü bigah.
Ona gahi salardı əndək əkmək1,
Müyəssər olunca bir loğma əkmək.
Səbəb oldu ona, Allah kərimdir.
Vəli bilməzdi ol biçarə kimdir.
Quyu içrə həkimanə, qənaət,
Qılardı səbr, şükr, zikr, taət.
Var idi ol şaha bir yaxşı qardaş,
Hamü mömünlərə, miskinə yoldaş.
Qəzara, çünki yox təqdirə təbdil,
Məgər bundan irəli bir neçə il.
Niku ruyü2, niku xuyü3, kəm azar4,
Hökumətdən, şəriətdən xəbərdar.
Rəiyyətpərvərü, miskin nəvazi
Rəiyyət, ləşgər ondan cümlə razi.
Xuda tərs5, əhli-insaf, nikukar,
Ki, kimsə görməmiş ondan azar.
Müdam6 ondan çəkərdi şah qorxu,
Canında var idi, yüz fikr, qeyqu.
Məbada ləşkər ona ola tabe,
Qılalar arada sultanı zaye.
Bu fikri eylədi çün ol hünərsiz,
Onu öldürdü xəlvətdə, xəbərsiz.
Nihan eylədi ol torpağa pünhan,
Xəbərdar olmadı əşrafü, əyan.
Görünməz oldu çün bir neçə müddət,

__________
1 Bir az çörək
2 Xoş sifət
3 Gözəl xasiyyətli
4 Azar verməyən
5 Allahdan qorxan
6 Həmişə


Təfəhhüs1 etdilər ərkani-dövlət.
Sözü sultan olardan çün eşitdi;
– Rəvanə eylədim, təhsilə getdi!
Xəlayiq eylədi bu gümani,
Tutubdur şah onu saxlar nihani.
Bu əsnadə ki, zülm eylədi bidad,
Əlindən külli aləm eylədi dad.
Səbəbsiz eylədi çoxları tarac,
Rəiyyət oldu bir əkməyə möhtac.
Dedi bir-birinə ərkani-dövlət,
Qəsəm yad eyləyübən əhd beyət.
Gəlib cəm oldu, çün əşrəfü əyan,
Onu öldürmək üçün əhdü peyman.
Olub bizar ondan döndü ləşgər
Rəiyyət, məmləkət ona sərasər.
Xəbərdar oldu çün əşrafi əyan.
Gecə qaçıb tutub rahi biyaban.
Nə sultan, kim ədalətdən bəridir2,
Onun bədxahi həm öz ləşgəridir.
Gecə çün qaçdı ol, qurtardı cani,
Buraxdı taci-təxti, xanimani.
Yığıldı, dedi çün əlavü ədna,
– Gərəkdir bizə bir sultani dəna3.
Şücaü4 pəhlivan, həm özü adil,
Süxən təb5, ola niku xəsail6.
Var idi dedilər sultana qardaş.
Neçə müddətdir onu görməzəm faş.
Biri gəldi dedi: əndər zamani
Bilirəm, qandadır, ol növcəvani.
Kim onu eyləmişdi şah giriftar,
Siyəh çah7 içrə mən oldum xəbərdar.

__________
1 Aramaq, axtarmaq
2 Uzaqlaşmış
3 Ağıllı
4 Cəsarətli
5 Söz bilən
6 Xoş xasiyyət
7 Qaranlıq quyuda


Bu sözdən çünki onlar oldu agah,
Dedilər: qandadır1, göstər gəl ol çah?
Çü Sabir qalmış idi çah içində,
Həm ol gecə görər öz yuxusunda.
Kim onun üstünə gəldi peyəmbər,
Çiraği din, şəfii ruzi məhşər.
Dedi: şah ol, daxi qəm çəkmə Sabir,
Səninçün ruzi-hicran2 oldu axir.
Sabah olcaq səni təqdiri Allah,
Bu iqlimə qılar bişəkk şəhənşah!
Onun əyninə geydirdi çü xələt.
Başına qoydu bir taci-dövlət.
Çü Sabir yuxusundan oldu bidar3,
Sevindi həqqə qıldı şükri büsyar.
Əkabirlər gəlib çahə rəvani
Müşəxxəs eylədilər, ol rəvani
Müşəxxəs eylədilər, ol cavani.
Çağırdılar kim: ey məhbusi-bəndi,
Ayağa dur, yapış, saldıq kəməndi!
Dedilər: şah sən ol iqbalü bəxtə,
Gəl indi Sabir əylən sən bu təxtə.
Yapışdı, çəkdilər ol nikbəxti,
Ona tapşırdılar ol tacü-təxti.
Özün gül tək görüb, açıb qabağın,
Əkabirlər hamu öpdü ayağın.
Üzün tutdu hamı ol dəm xudayə,
Olub məşğul şah üçün duayə,
Ki: yarəb bu cavandır, bu cavanbəxt,
Ola fərxəndə buna tacü həm təxt.
İlahi, günbəgün artsın kəmali,
Fələk yar olsun, olmasın zavali.
Bihəmdüllah kim ol zalim, sitəmgər,
Nikunbəxtü4, cəfakarü bədəxtər5.

__________
1 Haradadır
2 Ayrılıq günü
3 Ayıldı
4 Baxtı dönmüş
5 Pis ulduzlu (bədbəxt)


Yox idi ədli çün biçarə oldu,
Əcəb bu ölkədən avarə oldu.
Əgər olmazdı ol bu yerdən ixrac,
Olurduq hamımız əkməyə möhtac.
Bihəmdüllah bizə oldu müyəssər,
Şahi-adil, təbiət dadgüstər1.
Çü Sabir təxtə çıxdı, oldu sultan,
Gədayə, binəvayə qıldı ehsan.
Rəiyyətpərvər oldu şahi-adil,
Duayi-xeyr özüçün qıldı hasil.
Xozinə tökdü, ləşgərin qayırdı2,
Ədalətdən, qılı qıldan ayırdı.
Həm etdi bir tərəfdən rəsmi-rəfət
Duaçı oldu ləşgər, həm rəiyyət.
Vəzifə3eylədi onlara təyin.
Nə yerdə var idi dərviş, miskin,
Rübatü4 mədrəsə, həm körpü bünyad,
Qılıb məscidləri məmurü abad.
Nikuxislət5, təməhsiz əhli-insaf,
Başına and içər əyani-əşraf.
Nə yerdə var idi, bədfelü kirdar,
Hamısın bir tərəf qıldı nikunsar.
Qayırdı ruzi divan, hökmü mütləq,
Yeməzdi kimsənin malin bənahəq6.
Cahanə düşdü onun yaxşı adı.
Qılır səbr eyləyən hasil muradi.
Burada qalsın işbü nəğli-göftar,
Qulaq as pəs eşit, bir qeyri əxbar
Məgər ki, padşah ol cəhli nadan,
Ki, Sabir malini etmişdi talan.
Çıxarmışdı onu ol məmləkətdən,

__________
1 Ədalətli
2 Ordu təşkil etdi
3 Maaş, təqaüd
4 Karvansara, düşərgə
5 Yaxşı xasiyyətli
6 Haqsız


Nə gəldi başına gör ol cəhətdən.
Oturmuşdu məgər mülkündə eymən1,
Onun üstünə gəldi taki düşmən.
Bərabər durdu ol bihəmiyyət,
Basıldı, çünki ondan döndü dövlət.
Hamı cəmiyyəti talanə getdi,
Götürüb hərəmin bir yana getdi.
Ərü-övrət hər ikisi dil pərişan,
Biyabanda gəzər, biabü binan.
Gəzib hər yerdə sərgərdanü gümrah,
Yetişdi Sabirin şəhrinə ol şah,
Dedilər Sabirə ey ədligöstər!
Gəlibdir şəhrə bir örət və bir ər.
Pəs ondan edəlim əhvali-məlum,
Müqərrər edəlim biz ona mərsum2.
Gətirdilər pəs ol dəm əhli-xidmət,
Olara qıldılar ezazü hörmət.
Tamam oldu, yetişdi, çünki vədə,
Gəlibən padşaha qıldı səcdə.
Özüyçün zahir oldu, hali-pünhan.
Buyurdu qullara ol dəmdə sultan.
Özündə, övrətində hər nə kim var,
Dürü, ləlü, cəvahir, zərri-büsyar.
Alubən əllərindən, acü möhtac,
Vilayətdən onları qıldı ixrac.
Bunu görüb vəzirü əhli-divan
Bəqayət3 oldular xatir pərişan.
Dedilər padşah oldu sitəmgər,
Bəeyni bu dəxi oldu bərabər.
Çəkərsən hər nə fel4 etsən cəzasın,
Ki, qoymaz, həqq sənə onun qisasın.
Buyurdu ol zaman çağırdılar car
Nə ölkədə kimin satlıq qulu var,

__________
1 Xatircəm
2 Qəbul təşrifi
3 Son dərəcə
4 İş


Gətirsinlər ki, sultan müştəridir.
Təqafül eyləyən tənbeh yeridir.
Olar ki, Sabirin oğlanlarını,
Aparmışdı onların canlarını.
Olar həm oldular çün kim xəbərdar,
Gətirdilər oları həm bəbazar.
İki oğul tanıdı ol cigərxun,
Sanasan aqil ikən oldu məcnun.
Buyurdu oğruları sərt, möhkəm
Tutub bağladılar, həm əndər, on dəm1.
Ağac altına saldılar oları.
Əlin-ayağın sındırdı vari.
Tökülmüş başdan-ayağa qızıl qan
Duruban qaçdılar, iftanü xizan.
Yenə dedi vəzirü mirləşgər2,
Nə heyf oldu ki, şah oldu sitəmgər,
Vəlakin qorxudan ərkani-dövlət,
Edə bilməz dəxi kimsə nəsihət
Eşit indi nə etdi gör ol övrət.
Ona eylər idi xatun himayət.
Ona olmuşdu daim nigəhban3,
Xəyanət etməyə ona ol oğlan.
Eşitmişdi ki, ol pakizə övrət,
Ki, gəlmiş padişahi baədalət4.
Məgər bir gün bilib fürsət həm ol zən5
Çıxəb evindən eylər ahü şivən.
– Müsəlmanlar, mənə çox zülmü bidad,
Olubdur, hanı sultan, eylərəm dad!
Bu halə ol igid oldu xəbərdar,
Tutubdur yaxasından ol sitəmkar.
Deyər övrət: neçə il oldu yaran,
Məni qılmışdı evində pünhan.

__________
1 O vaxt
2 Qoşun başçısı
3 Gözətçi
4 Ədalətli
5 Qadın


Deyər kişi, ki, sən məkr etmə övrət!
Mənə sən eyləmə böhtanü töhmət.
Görün yaran ki, bu münkər olubdur,
Həvayi-eşqilə könlü dolubdur.
Onu mən döymüşəm, istər bu kinə,
Məni salıb gedə bir özgəsinə.
Bu halə çünki, agah oldu sultan,
Tələb qıldı oları etdi divan.
İrəli gəldi kişi, dedi: ey şah!
Bu xatun övrətimdir, ol gəl agah!
Məaş etməz1 mənimlə, bihəyadır
Bu gerçəkdir ki, övrət bivəfadır.
Çağırdı onu sultan dedi: ey zən,
Onunla sən nöşün nasaz olubsan?2
Dedi övrət ki: ey sultani-dərgah!
Deyil ərim mənim bu haşalillah!
Ərim olsaydı bu qurban olardım
Ərim görsəydim mən heyran olardım.
Tamam hal-əhval olduğun zən,
Sərasər ərzi-halin qıldı rövşən.
Bürünmüş bərk ol məsturə3 məhbub,
Görünməz surəti kim tanıya xub.
Tanıdı övrəti, sultan boyundan,
Sanasan tükləri çıxdı donundan4
Hərəm sarı buyurdu getdi övrət.
Kişiyə qıldılar zülmü siyasət,
Kişi məcruh5 olub qanına qəltan,
Buyurdu etdilər məhbusi-zindan
Bu halı gördü çün əşrafü əyan,
Dedilər şahə: – Yoxdur səndə bir qan?
Veribdir zülmilə qardaşı badə,
Dəxi möhnət nədir bundan ziyadə?

__________
1 Yola getməz
2 Yola getməmək
3 Üz örtüyü
4 Tükləri biz-biz oldu
5 Yaralı


Bu nə cövrü sitəm, bu nə fəqandır?
Məgər dövlət səninlə sərgirandır?
Bu nə bidaddır, bu nə siyasət?
Məgər döndü səninçün bəxtü-dövlət.
Dedi: – Mən neyləmişəm ey büzürgan!1
Yetirdim kimsəyə azarü nöqsan?
Dedilər: – Hani miskinü məzlum,
Bu şəhrə gəldi ol biçarə məhrum.
Malın sən taladın, biçarə qıldın,
Qovub bu şəhridən avarə qıldın.
Sənin şəhrinə gəlmişdi mehman,
Gərək sən eyləyəydin lütfü ehsan.
İki qul həm gətirdilər bu şəhrə,
Yetirmədin olara xeyrü bəhrə.
Çəkib qulları sən aldın olardan,
Ayaq kəsdi xəlayiq bu diyardan.
Olara vermədin qiymət bir altın,
Oları eylədin aludeyi-xun2
Çəkərsən zülmülə biganə övrət,
Ərinə eylədin zülmü siyasət.
Nə zülm olur dəxi bundan ziyadə?
Heyif ki, yaxşı adın getdi badə.
Dedi sultan olara ki: cəmaat!
Qulaq asın, edim mən bir hekayət.
Deyirsiz kim, məgər biçarə övrət.
Ərinə eylədim zülmü siyasət.
Mənə həqq verdi fürsət xilafi,
Alıb malın ona qıldım təlafi3,
Həm ol qullar dəxi, oğlanlarımdır,
Bədəndən ruhi şirin canlarımdır.
Nə qılsan çəkdirər Allah cəzasın,
Qiyamət gününə qoymaz qisasın.
Yenə övrət dəxi öz övrətimdir.
Yəqin hasil edin, Allah kərimdir,

__________
1 Böyüklər
2 Qana bulanmış
3 Qisas


Nə kim çəkmiş zi əvvəl1 ta bəaxır,
Hekayət eylədi ol dəmdə Sabir.
Sizə mən sirrimi çün eylədim faş,
Deyildim mən sizin sultanə qardaş.
Dözüb səbr eylədim, qaldım aradə,
Yetişdim səbrü ucundan mən muradə.
Əgər görsə kəsi azarü nöqsan,
Əgər səbr eyləsə olmaz pəşiman.
Bəlayə səbr qıl, şükr et xudayə,
Səni bişək yetirər müddəayə2.
Olur təcil edən şeytanə tabe
Hamı işi olur əlbəttə zaye,
Sizindir məsləhət, yox ixtiyarım,
Keçər necə olarsa, ruzigarım,
Olar da bu sözü çün qıldı yəqin,
Dedilər: afərin, səbrü və təhsin!
Sənə çün yar olubdur taleü bəxt,
Sənə şayistədür3, həm tac, həm təxt.
Çü dövlət verdi sənin tək əzizə,
İnayət eyləmiş Allah da bizə.
Bu dövlət getməsin sən tək əzizdən,
Ki, sayən olmasın kəm üstümüzdən.
Bu dövlət kim sənə görməz rəvadır,
Onun gözünə batsın mixi-məstur.
Qulamik biz hamu, sənsən xudavənd,
Fəda olsun yolunda malü fərzənd.
Bəli, hər padşah kim ola adil,
Duayi xəlq olur ona həmayil.
Nə sultan kim, olursa, ədlü dadi,
Özündən sonra qalır yaxşı adi.
Vəli, hər padşah ola sitəmgər,
Rəiyyət edə nifrin ona ləşgər.
Çü Sabir oldu sultani-cahanbəxt,
Müsəlləm oldu ona tac, həm təxt,

__________
1 Əvvəldən
2 Arzuya
3 Layiqdir, yaraşır


Eşit gör netdi1, ol mərdüdü gümrah,
Ki, tutub Sabiri salmışdı dər çah.
Yığıb üstünə bir anidə ləşgər,
Gəlib Sabir ilən cəng etmək istər.
Bu həm qıldı qamu fikrin mühəyya,
Müqabil durdular, çün qopdu qovğa.
Çü ol bədbəxtdən dönmüşdü dövlət,
Həqq ol Sabirə yəqin verdi fürsət.
Tutub gətirdilər ol nabikari2,
Basıldı ləşgəri ol dəmdə vari3.
Qaçıb ləşgər, ələm oldu nikünsar4,
Həzimət5 oldular, basıldı sərdar.
Gətirdilər onu əndər müqabil,
Dedi Sabir ona: ey mərdü qafil!
Mənə sən bil müqərrər eylədin çah,
Neşə, mən səbrilə oldum bu gün şah.
Yəqin bil ki, sənə yoxdur xilasi,
Qiyamətə kimin qalmış qisasi?
Pəs ol dəm Sabir onu saldı çahə,
Tərəhhüm etmədi ol rusiyahə.
Çəkib cövri-cəfa həddən ziyadə,
Olurdu orada ta can verdi badə.
Çü səbr eyləi Sabir çıxdı əzçah6
Qılubən səbr, şükr oldu şəhənşah,
Çü ol zülmə yetişdi, çahə düşdü,
Sözü ibrət olub, əfvahə düşdü.
Eşidən, dinləyən olmaz pərişan!
Ki, səbr ilə olur hər müşkül asan.
Bu nəğli Bəxtiyar edincə itmam,
Yenə gün batdı, oldu vəxti-axşam.
Yenə bənd eylədilər Bəxtiyari,
Ki, dinlə necə ola rüzgari.

__________
1 Nə eylədi
2 Yaramaz
3 Bütün qoşun
4 Bayraq yatırıldı
5 Məğlub
6 Quyudan


DÖRDÜNCÜ VƏZİRİN
PADŞAHIN YANINA GƏLMƏSİ

Vəzirin biri gəldi çarimin ruz1,
İşi bədguluq idi, adı Şəhruz.
Şəhə səcdə qılıb Şəhruz bədbəxt,
Dedi: – Yox, padşahım səndə qeyrət,
Nə sözlər gör keçər xəlq arasında,
Neşə sən saxlıyasan bunu zində2.
Məgər yoxdur səninçin, dust-düşmən?
Utanıb bir həya etməzmisən sən?
Dedi, neçə təərüzgünə3 sözlər,
Ki, sultan bağrına yapışdı közlər.
Acıqlandı, rəvan hökm etdi sultan,
Gətirdilər onu iftanü xizan.
Dedi: ey Bəxtiyari-bəxti-qarə!
Bu gün olan4 gərək sən parə-parə!
Necə edim səni zindanda məhbus,
Mənimçün qalmayıbdır nəngü namus.
Sənin səbrilə işin olmaz asan,
Ölümdən qeyri yox dərdinə dərman.


BƏXTİYARIN PADŞAHA
CAVAB VERMƏSİ

Dedi pəs Bəxtiyar: ey bəxti azad!
Həmişə sən olasan xürrəmü şad!
Qəzaya olmuya təqdirü təbdil,
Məni öldürməyə sən qılma təcil.
Gər öldürsən məni ey şahi-dövran,
Olasan qorxuram axir pəşiman.
Necə kim, ahu həsrət çəkdi Behzad,

__________
1 Dördüncü gün
2 Diri
3 Etirazedici söz
4 Olasan


Pəşiman oluban eylərdi fəryad.
Deyərdi ki, pəşimanam, pəşiman!
Vəlakin yox imiş bu dərdə dərman.
Dedi sultan ona: kim idi Behzad?
Nöşün oldu pəşiman, qıldı fəryad?


BƏXTİYARIN BEHZAD
SƏRGÜZƏŞTİNİ NAĞIL ETMƏSİ

Dedi pəs Bəxtiyar: ey şahi-bəxtlu!
Nə kim vardır sənə bədxahü bədgu,
İlahi, ola bəlgular dili lal,
Pərişan, müztərib, şuridə əhval.
İki gözdən ola1, sənə bədxah,
Həmişə qala sərgərdan və gümrah.
Eşitmişəm, zi əxbari-büzürgən.
Var idi kim məgər dər şəhri-Şirvan
Müəzzəm padşahi-dadgöstər,
Xərac ona verərdi yeddi kişvər2.
Bəşər tələt, mələk sirət, kəm azar
Cavan mərdü, cahangirü cahandar.
Var idi bir qəmər tələtli oğlu,
Əgər görsə biri qalmazdı ağlı.
Yox idi misli, manəndi cahanda,
Məlaik3 ona müştaq asimanda.
Təsəvvürdən onun birun cəmali4,
Nəhayətdə fizun5 əqlü kəmali.
Fəsihü qabilü şirinzəban6 ol,
Fəqirü binəvayə mehriban ol.
Düzəltmiş bir neçə ali imarət,
Mühəyya daim onda nazü nemət.

__________
1 İki gözdən məhrum ola
2 Ölkə
3 Mələklər
4 Təsəvvürə gəlməz qədər gözlədi
5 Artıq
6 Şirin dilli


Buyurmuş qullara ol xubkirdar,
Nə yerdə bir fəqirü binəva var,
Gətirin onları mehman sərayə,
Tərəhhüm eyləyin hər binəvayə.
Cahanda yaxşı adı oldu məşhur,
Gəlirdi hər fəqirü zarü məhcur1.
Ona bir neçə gün olurdu mehman,
Qılardı hamıya ezazu ehsan.
Kim olaydı onunla həm təbiət,
Olurdu həmnişin, eylərdi söhbət.
Qılardı hər zamanda, yüz təvazö,
Bu rəsmi eyləmişdi xəlqə şaye.
Kim əyləşsə verərdi nazü nemət,
O kim gedər, verər əsbabü suali:
“Görübsüz mən təki sahib cəmali?
Mənim tək ola hüsnü xubü ziba,
Səhi sərvü səmənbuyü dilara?”.
Deyərlərdi ki, haşa, sümmə haşa2,
Sənə biz görmədik manəndü həmta3,
Nəzirin yox cahanda, təksən taq,
Sənin hüsnünə Yusif ola müştaq
Zəhi surət, zəhi ziba4, müsəvvər,
Təala şanəhü, Allahü əkbər!
Qəzara Misr şəhrindən bir oğlan,
Gəlib şahzadəyə ol oldu mehman.
Cavanü nazəninü xub rəna,
Süxəndanü vəcihü sərvü bala.
İkisi bir neçə gün sərfi-oqat5,
Qılıb bir-birinə ol dəm mülaqat6.
Pəs ol dəm, dedi şəhzadə, ki: ey yar!
Mənə manənd bu dünyada kim var?
Müsafirsən, cahani çox gəzibsən.

_________
1 Tanışlarından ayrı düşmüş
2 Yox, heç yox
3 Tay, bərabər
4 Bu gözəllik, bu surət
5 Yeyib içdilər
6 Söhbət


Mənim tək kimsə dünyadə görübsən?
Kim ola mən təki sahib cəmali?
Cavabım ver, sənə qıldım sualı?
Dedi oğlan ki: ey nikü xəsayil,
Sənin tək görmədim sahib şəmayil1.
Vəlakin şahi-Misrin bir qızı var,
Günəş tar olur2, ol göstərsə rüxsar3.
Cəmali-dilfərib4, hüsni dilgəş,
Sənubər qaməti, şirin, məhvəş,
Kəman əbrü, səmən sima, güləndam,
Kəməndi-zülfi canlar mürqünə dam5.
Saçı sünbül, qaşı yay, tir müjgan6,
Alırdı işvə ilə neçə min can.
Vəfalı, mehriban, bir türfə dildar7
Cahani mütləqa qılmış giriftar.
Ona pəs aşiq oldu qayibanə,
Saraldı, rəngi döndü zəfəranə.
Könüldə qalmadı səbrü qərarı,
Pərişan müşkül oldu çünki halı.
Əsər qıldı ona hicranü firqət,
Tökər hər dəm gözündən əşgi-həsrət,
Rəvan olmuş gözündən əşgi-gülgün8,
Başından getdi ağlı, oldu məcnun.
Atası oldu çün halindən agah,
Dedi: qəm yemə oğul, çəkmə gəl ah!
Verim gəncü xəzinə, külli vari,
Gətirim mən səninçün ol nigari.
Təsəlli tapdı pəs şahzadə Behzad
Atası sözlərindən oldu dilşad.
Buyurdu dər zaman ol mərdi-dana,

__________
1 Gözəl
2 Tutulur
3 Üz
4 Ürək çalan
5 Telləri könül quşuna tələdir
6 Kirpikləri ox
7 Misilsiz gözəl
8 Qanlı göz yaşı


Vəzirlər qıldılar bir namə inşa;
“Ki, şaha! dövlətin olsun ziyadə,
Əlində daim olsun cami badə,
Sənə hər kimsə kim olmasa tabe,
Pərişan xatir olsun ömrü zaye.
Cahan yeksan1 sənin fərmanın olsun,
Yamandan həqq sənin qalxanın olsun,
Başından sayeyi həqq olmasın kəm,
Olasan müttəsil xoşnudü xürrəm.
Lihaza ey xudavəndi yeganə!
Ümidim var, zi lütfü xosrövanə2,
Kəminə quluvu xürsəndü mümtaz3
Qılasan şahi-aləm, sən sərəfraz.
Ki, vardır bəndəyə fərzəndi-dilbənd.
Ola sultanə qul, sultan xudavənd.
Qəbul edib ona gər versə duxtər4
Fədadır iş bu halda, can həm sər,
Cavahir, ləl, yaqutü xəzinə,
Əsasi səltənət, gəncü dəfinə,
Qəbul gər etməsən, bu sözü bizdən,
Kərəm qılıb keçər təqsirimizdən”.
Bəsi töhfə, təbərrük, barxanə,
Götürüb elçilər oldu rəvanə.
Yetişdi Misrə, ol fərxəndə qasid,
Çü məlum oldu məqsudü məqasid.
Səlahi-məmləkət gördü səvabin,
Geri yazdı yenə namə cəvabin.
“Əgər təqdir edibdir, həyyi-biçun5,
Suvalsız gətirin siz yüz min altun6.
Zəbərcəd və tila, firuzə, mərcan,
Nəhayət də fizun gəlsin firavan.
Qayıtdı elçi çün Şirvanə getdi,

__________
1 Başdan-başa
2 Padşahın lütfü ilə
3 Əskik qulunu sevindirib yüksəlt
4 Qız
5 Allah
6 Qızıl


Gəlibən Misirdən sultana yetdi.
Əta qıldı şah ona, əsbü1 camə2,
Müşəxxəs oldu çün məzmuni-namə.
Qapısın açdı hər nə var, xəzayin3
Gətirdi zahirə, cümlə dəfain4.
Var idi bir mürəsse5, dürri məknun6,
Vəlakin nəqdi-zər səksən min altun.
Nə kimi ol istəmiş, olmuş mühəyya,
Yenə oğlan qılır fəryadü qovğa.
Atası dedi: ey nuri-bəsirət7,
Mənə on günə tək lütf eylə möhlət,
Dəxi sən qılam fəryadü fəqani,
Bəhəm yetirəlim baqi qalani8.
Fəqan qılma dəxi bundan ziyadə,
Oğul, sən nik-nami vermə badə!
Vəlakin eşq bilməz nəngilə9 nam,
Necə olur, nədir səbrü nə aram.
Olur aşiq olan bədnamü rüsva,
Olur aşiq olan bədnamü şeyda.
Yenə səbr etdi ol şəhzadə Behzad,
Qılardı naləvü zari və fəryad.
Pərişan oldu onun rüzgari,
Yenə qıldı fəqanü növhəzari.
Canında var, xəyalü vəsli canan,
Çıxıb bir gecə ol mədhuşü heyran.
Tutub dəştü10 biyaban, rahü birah,
Gedər biçarə sərgərdanü gümrah.
Çəkib cövrü-cəfa həddən ziyadə,

__________
1 At
2 Paltar
3 Xəzinələr
4 Qiymətli şeylər
5 Naxışlı
6 Sapa düzülmüş dürr
7 Gözümün işığı
8 Yerdə qalanı
9 Utanmaq
10 Çöl


Gəzərdi ol biyabanda piyadə.
Qəzara karvani-Misr məhmil1
Açıb ol yerdə etmişdilə mənzil.
Vəli gözlərinə getməzdi yuxu,
Çəkərlər oğrudan təşvişü qeyqu,
Oların gözlərinə çün göründü,
Nə gəldi başına sən gəl gör indi.
Tutub dedilər: ey sərməst2, salus3!
Bizə bədxahsən! Ey düzdü4 casus,
Yığıldı üstünə onlar tamami,
Bizə söylə hani düzdü hərami.
Ona eylədilər büsyar azar,
Giriftar oldu miskin, onda ağlar.
Onu salari-karvan5 qıldı məhbus,
Belə apardı onu zarü məyus.
Atası oldu bu işdən xəbərdar,
Pərişanxatir oldu, zar ağlar.
Əlinə aldı çün ol dəmdə xamə6,
Yenə sultani-Misrə yazdı namə,
“Ki, ey şahi-cahan, puştü7 pənahim,
Ki, səndən qeyri yox ümidgahim!
Mənim fərzəndim ol şəhzadə Behzad,
Bu yerdə çün deyildi, xürrəmü şad.
Pərişan oldu onun rüzigari,
Yenə qıldı fəqanü ahü zari,
Həvayi-eşqidən biçarə oldu,
Bu yerdən baş alıb avarə oldu.
Bilirəm gəlmiş ol sizin diyarə,
Olur onda onun dərdinə çarə,
Bəzinharü, bəzinharü, bəzinhar8,

__________
1 Yüklü dəvə
2 Sərxoş
3 Yaramaz
4 Oğru
5 Karvan başı
6 Qələm
7 Arxam
8 Mütləq, mütləq, mütləq


Onun dərdindən olun siz xəbərdar”.
Bu əhvalı eşitdi, çünki sultan,
Dedi: hər kim ki, saxlar onu pünhan,
Neçün sən eylə sərgərdanü gümrah,
Gəzirdin, yox idi biləncə həmrah?
Dedi Behzad ona hali sərasər,
Dedi pəs ona, ey sultani-sərvər,
Xəta qıldım, mənim əfv et günahım!
Belə bilməz idim, ümmidgahim.
Günahkaram, əta1 eylə, kərəm qıl!
Mənə etmə təlafi2, möhtərəm qıl.
Ayağından götürüb bəndi filhal,
Bəşarət verdi ona, qıldı xoşhal,
Müzəyyən3 eyləyubən qıldı zinət.
Rəvan ol əyninə geydirdi xələt,
Dur indi gedəlim, şah istəyibdir;
Gətirsinlər mənə dərdəm”, – deyibdir.
Gətirdi padşahın xidmətinə,
Dedi: ey padşahim: mən kəminə!
Bu oğlani məgər əndər biyaban,
Tutub dedim budur casus düzdan,
Əlin və ayağın mən bağlamışdım,
Giriftar eyləyibən saxlamışdım.
Eşitdim çün münadi4 qıldı məfhum,
Mən ondan eylədim əhvali məlum,
Müşəxxəs oldu ki, damadi-sultan,
Gətirdim padşahim, budur oğlan!
Şəh ezaz eylədi ol dəm cəvanə,
Döyüldüyü təblü kusü5 şadyanə,
Həm ol xacəyə qıldı lütf büsyar,
Görüb oğlanda hüsnü şəkli rüxsar,
Baxıb gördü, bəyəndi, dərhəmə bab6.

__________
1 Bağışla
2 Qisas
3 Bəzədilmiş
4 Carçı
5 Böyük təbil
6 Hər cəhətdən


Bilirdi onda yoxdur taqətü tab,
Buyurdu: siz çalın ol təblü kusi,
Mühəyya olsun əsbabi əruzi1,
Çalındı təblü kus, nayi2 zurna,
Qamu şəhrü vilayət oldu agah.
Dedi həm qaziyə, işbu səlahi,
Müşəxxəs etdilər əqdü3 nigahi.
Bəli, çün axır oldu ruzi-hicran,
Yavuxlaşa nolaydı vəsli-canan.
Olur pəs, aşiqin şövqi ziyadə,
Yenə o şövqidən zövqi ziyadə.
Vəlakin ol gecə şahzadə Behzad,
Şüküftə xatirü4, xürsəndü5 dilşad.
Fəəmma6 qalmamış səbrü qərari,
“Nihan görüm – dedi – bəlkə nigari?”.
Bir evdə kim olurdu ol yeganə,
Yığılmış onda xubani7-zəmanə.
Pəri peykər, səhi qamət8, səmənbər9,
Qəmər tələtli, çox xurşid mənzər.
Qamu püstədəhan10, şirin şəkər ləb,
Qamu laləüzarü, sib qəb-qəb11,
Məgər Behzad gizlin çıxdı gecə,
Ol ev üstündə vardı bir dəriçə12.
Oradan çün nəzər qıldı nigarə,
Görüb canan üzünü aşikarə.
Sanasan getdi ondan əqlü iman,
Baxan qaldı ona mədhuşü heyran,

__________
1 Toy dəsgahı
2 Ney
3 Kəbin
4 Şən
5 Sevincli
6 Lakin
7 Gözəllər
8 Ucaboy
9 Yasəmən
10 Püstə ağızlı
11 Alma buxaqlı
12 Kiçik qapı


Baxıb onu məgər gördü bir övrət,
Qızın anasına qıldı işarət.
Gör indi neylədi ol bədfəali1,
Əyan eyləmədi bu gizli hali!
Var idi ikiuclu bir dəmir şiş,
Oda qoydu onu bəd fel, bədkiş.
Qızardı çün ayağa durdu ol zən,
Ələ aldı, yeridi, suyi-rozən2,
Deyil oğlan xəbərdar işbu halə,
İki gözünə şiş oldu həvalə.
Yıxıldı dər zəmin şahzadə Behzad
Çəkib nərə qılıb əfqanü fəryad,
Eşitdi xəlq fəryadü fəqani,
Yıxıldı dərzaman tapşırdı cani.
Bu halə vaqif oldu şahü ləşgər,
Sanasan ol zamanda qopdu məhşər.
Qoyub rəhmani çün vəsvasə3 döndü,
Onun çünki toyu bir yasə döndü.
Əgər qılsaydı bir əndək təhəmmül,
Olurdu mətləbü məqsud hasil.
Çü səbr eyləmədi biçarə oğlan,
Kimə nə etdi, özünə qıldı nöqsan.
Yetərdi, səbri qılsa müddəayə,
Şitab uğratdı dərdü-bidəvayə4.
Gecə oldu bu nəğl olunca təqrir,
Yenə ol Bəxtiyar boynunda zəncir,
Apardılar onu zindanə dustaq,
Onunçün yox havadar, el və oymaq.

__________
1 Yaramaz adam
2 (divardakı) deşiyə tərəf
3 Şeytan
4 Dərmansız dərd


BEŞİNCİ VƏZİRİN
PADŞAHIN YANINA GƏLMƏSİ

Gecə keçdi, yenə çün oldu səbah,
Vəziri pəncümi1 fəryadü ilhah2.
Gəlib dedi ki: ey şahi-zəmanə!
Neçin yaxşılıq eylərsən yamanə?
Biri çün həqqi nemət eylədi güm3,
Sən ona neçün eylərsən tərəhhüm?
Mürüvvət eyləsə hər kim ilanə,
Sitəm eylər o məxluqi cəhanə.
Fəramuş eyləsə kim həqqi-nemət,
Ədalətdir ona qılmaq siyasət.
Əgər bədxah ola nəvvabü nayib4,
Buyurmuş həqq onun qətlini vacib.
Necə sən saxlayasan Bəxtiyari!
Müqəyyəd mübtəla yox ixtiyari.
Dedi: sultan ona kim ey sərəncam!
Bizi sən eylədin rüsvayü bədnam.
Xəlayiq tənə eylər hər zamanda
Bizi mülzəm5 edərlər hər məkanda.
Xilas olmaq sənə bir çarə yoxdur,
Sənə ölümdən özgə çarə yoxdur
Büküm-büküm səni peyvənd-peyvənd,
Kəsəm, səndən ala hər kim gərək pənd6.

__________
1 Beşinci
2 Təkid
3 İtirmək
4 Qulluqçu, məmur
5 Susmağa məcbur olan
6 Nəsihət

davamı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG