Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Bərdədə sosial yardım ala bilməyən 3 uşaq atası intihar edib


Bərdə rayonunun Qasımbəyli kəndində sosial yardım ala bilməyən 3 uşaq atası intihar edib.

Hadisə aprelin 19-da baş verib. Adının çəkilməsini istəməyən yaxınlarının AzadlıqRadiosuna verdiyi məlumata görə, 24 yaşlı Cəmaləddin Paşayev sosial yardım üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbəsinə müraciət edib. Hadisə baş verməzdən az əvvəl də C. Paşayev uşaqları ilə mərkəzdə olub, yardım istəyib. Bu zaman verilən məlumata görə, onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbəsinində mübahisəsi düşüb. Bundan sonra deyilənə görə, uşaqlarını orda qoyan Cəmaləddin Paşayev evinə qayıdıb və evinin həyətində üzərinə benzin tökərək özünü yandırıb.

Ağır vəziyyətdə Bakıya gətirilən Cəmaləddin Paşayev xəstəxanada da keçinib.

Qohumlarının deməsinə görə, onun bir köhnə “Volqa” maşını olub, onu heç bu dəqiqə 100 manata alan olmaz. Evləri isə bərbad kökdədir.

Bərdə rayon polis idarəsinin əməliyyat üzrə rəis müavini Natiq Hüseynov AzadlıqRadiosuna bildirib ki, intiharla bağlı araşdırmanı Bərdə rayon Prokurorluğu aparır. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
XS
SM
MD
LG