Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Konqresmen B.Shuster Azərbaycanı ABŞ-ın qətiyyətli müttəfiqi adlandırır


Bill Shuster
Bill Shuster
“Hər şeydən əvvəl məncə, Azərbaycan hökumətinə, prezidentinə təşəkkür etmək gərəkdir ki, 1990-cı illərdə Sovet İttifaqından çıxandan sonra Azərbaycan Amerikanın böyük dostu və müttəfiqi olub”.

Bunu Azərbaycana səfər edəcək yüksək səviyyəli Amerika nümayəndə heyətindən Respublikaçı Konqresmen Bill Shuster bildirib.

Konqresmen Shuster və nümayəndə heyətinin digər üzvü Demokrat Konqresmen Christopher Murphy Azərbaycan və Əfqanıstana səfərləri öncəsi AzadlıqRadiosunun Mərkəzi Xəbər Xidmətinə müsahibə veriblər.

Həm də Konqresdə Azərbaycan üzrə işçi qrupunun həmsədri olan Shuster deyib:

“Onlar dünyada bizim ən qətiyyətli müttəfiqlərimizdən olublar. Azərbaycan cənubda İran, şimalda isə Rusiya ilə qonşudur. Bu çox-çox çətin bir qonşuluq şəraitidir. Və belə bir şəraitdə onlar hələ də Amerikaya bir dost və müttəfiq kimi baxırlar.

Bundan başqa, orada olarkən hökumət rəsmiləri ilə görüşəcəyəm və ümid edirəm ki, prezidentlə də görüşümüz olacaq və mən demokratik təsisatların normal fəaliyyət göstərməsi, seçkilərinin azad və ədalətli keçirilməsi zərurətinə inamımı bir daha diqqətə çatdıracam.

Çünki son nəticədə Amerika xalqı hansısa ölkəyə, o cümlədən müttəfiq ölkəyə bu meyarla qiymət verəcək.

Biz indi Yaxın Şərqdə baş verənləri görürük və Amerika xalqı demokratik təsisatları olan, insan haqlarına inanan, şəffaf hökumətləri olan ölkələrlə dost olmaq istəyir.

Bütün bu məsələləri biz prezidentlə görüşdə dilə gətirəcəyik. Amma eyni zamanda görüşdə Amerikanın azərbaycanlılar kimi qətiyyətli müttəfiqlərinin olmasını yüksək qiymətləndirdiyini də ifadə edəcəyik”.

Christopher Murphy
Christopher Murphy də səfərin mühümlüyünü ifadə edib:

“Bizim nümayəndə heyətinə - Nümayəndələr Palatasının 6 üzvü daxildir.

Konqresmen Shuster Amerika-Azərbaycan münasibətlərində təcrübəli olsa da, bizlər, nümayəndə heyətinin digər üzvləri üçün bu, Azərbaycana ilk səfərdir.

Biz düşünürük ki, oraya getmək vacibdir. Çünki bu ölkənin çox mühüm siyasi əhəmiyyəti olsa da, çox vaxt Amerika Konqresindən görməli olduğu diqqəti görmür.

”Konqresmen Shusterin dediyi kimi bu bir imkandır ki, Respublikaçı və Demokratlardan ibarət qrup bu səfər zamanı geniş anlaşma əldə edərək Vaşinqtona qayıdandan sonra bunun əsasında ikitərəfli münasibətlərin təbliğatçısına çevrilsinlər .

Eyni zamanda bu bir imkandır ki, bu səfərlə bizim heyət kimi yüksək səviyyəli nümayəndə heyətlərinin diqqətlərini heç də həmişə cəlb etməyən bu ölkəyə dəstəyimizi nümayiş etdirək.

Hər iki Konqresmen bildirib ki, Amerika qoşunları Əfqanıstandan çıxarılsa belə, bu ölkədən birdəfəlik çıxıb getmək olmaz.

Onların fikrincə, Amerikanın həmin ölkələrlə bağlı "uzunmüddətli cavabdehliyi" var.

Konqresmen Shuster deyib ki, bu, yerli təhlüksəzilik qüvvələrinin təlimlərə cəlb edilməsi və s. formalarda ola bilər.

O Avropanı misal çəkərək deyib ki, həmin regionun ölkələri tam azad olsalar da, Amerika orada hərbi mövcudluğunu davam etdirir.

Nümayəndə heyətinin Azərbaycana səfərinin aprelin 28 və ya 29-da gerçəkləşməsi gözlənilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG