Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:14

İradə Aşumova və Nigar Bağırova uğursuz çıxış edib


Xorvatiyanın paytaxtı Zaqrebdə güllə atıcılığı üzrə Dünya Çempionatında qadınlar 10 metr məsafəyə pnevmatik tapançadan atəş açıblar. Azərbaycanı təmsil edən İradə Aşumova və Nigar Bağırova uğursuz çıxış edib. Afina olimpiya oyunlarının bürünc mükafatçısı xanım Aşumova 379 xal toplayaraq finala vəsiqə qazana bilməyib. Nigar Bağırova isə 376 xal toplayıb. Final mərhələsinə çıxan atıcılar Pekin olimpiadasına vəsiqə qazanıblar.



XS
SM
MD
LG