Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 22:53

Səhiyyə naziri şəxsən özəl tibb müəssisələrinə baxış keçirəcək


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Deyəsən bundan sonra təqaüdçü Musa kişi daha müayinə üçün özəl tibb mərkəzinə gedəsi olmayacaq. Çünki səhiyyə naziri Oqtay Şirəliyev buna qadağa qoyub, yəni, dövlət tibb müəssisələrinə tapşırıb ki, özəl mərkəzlərə tibbi müayinə üçün xəstə göndərməsinlər. Nazirin sözlərinə görə, dövlət xəstəxanalarındakı bəzi həkimlər özəl mərkəzlərlə işbirliyi qurublar. Özəl mərkəzə müayinəyə göndərilən analizin cavabı isə bəzən heç lazımlı olmur.


Bəs görəsən Səhiyyə Nazirliyi bu qadağanın yerinə yetirilməsinə necə nəzarət eləyəcək? Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əgər nazirliyə hansısa həkim barədə siqnal çatarsa, yaxud yoxlama zamanı belə hal üzə çıxarsa, nazirlik ciddi tədbir görəcək. Nazirlikdən verilən məlumata görə, dövlət tibb müəssisələri lazımi dava-dərman və tibbi avadanlıqla təmin olunur ki, özləri bütün tibbi müayinələri apara bilsinlər.


Kliniki Tibbi Mərkəzin həkimi Sevda Əliyeva deyir ki, yalnız istisna hallarda onlar xəstələri özəl mərkəzlərə göndərirlər: «Məsələn, infeksiyaları bizdə yoxlamırlar, buna görə, özələ göndəririk».


Həkim-ekspert Adil Qeybulla isə Səhiyyə Nazirliyinin özəl müəssisələrlə bağlı qərarını heç də qadağa kimi dəyərləndirmir. Onun sözlərinə görə, dövlət müəssisələrində aparıla bilən müayinələrin pulsuz həyata keçirilməsinə nail olunmalıdır. Özəl mərkəzlərdə qiymətlər yüksək olduğu üçün bu məsələlər indi qaldırılır. O ki qaldı, bəzi həkimlərin özəl tibb mərkəzlərilə gizli işbirliyinə: «Burda bir mükafatlandırma sistemi var, yəni özəl mərkəzə xəstə göndərən həkim sonradan müəyyən məbləğ alır. Bu isə əslində qeyri-sağlam rəqabət mühiti yaradır. Bunun qarşısını almaq üçün həkimlərin həyat səviyyəsi yaxşılaşdırılmalıdır».


Adil Qeybulla özəl müəssisələrin fəaliyyəti bağlı söylənən nöqsanları qəbul edir, ancaq arzulayır ki, bu cür yoxlamalar sağlam məqsədə xidmət etsin.


Səhiyyə nazirliyi Vital tibb mərkəzinin fəaliyyətini dayandırıb, Medserviz özəl tibb mərkəzinə isə xəbərdarlıq edib. Nazirlik iyunun 29-dan Diamed tibb mərkəzinin fəaliyyətini dayandırsa da, bu yaxınlaracan bu mərkəz xəstə qəbulunu davam etdirirdi. İyulun 24-də Diamedin qəbul şöbəsindən Azadlıq radiosuna bildirdilər ki, onlar artıq xəstə qəbul etmirlər, mərkəzdə təmir işlərilə əlaqədar isə müdiriyyət ezamiyyətdədir, yalnız avqustun 1-dən onlara müraciət etmək olar.


Səhiyyə naziri Oqtay Şirəliyevsə şəxsən özü özəl müəssisələrə baxış keçirəcəyini deyir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG