Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 22:22

Özəl tibb müəssisələrinə müayinələrin göndərilməsi qadağan edildi


Səhiyyə naziri Oqtay Şirəliyev
Səhiyyə naziri Oqtay Şirəliyev
Səhiyyə naziri Oqtay Şirəliyev özəl tibb müəssisələrinin rəhbərləri ilə görüş keçirib. Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin iyulun 24-də yaydığı məlumatda deyilir ki, görüşdə əsasən son zamanlar özəl tibb müəssisələrində aparılan yoxlamalar zamanı ortaya çıxan qüsurlar və onların aradan qaldırılması məsələləri müzakirə olunub. Cənab Şirəliyev özəl tibb müəssisələrində yoxlamalara başlamanın əsas səbəbinin laborator şəraitdə düzgün aparılmayan qan analizlərinin cavabları olduğunu bildirib.

Nazir dövlət müəssisələrində çalışan və özəl müəssisələrlə işbirliyi quran həkimlər haqda danışaraq, onların müəyyən olunaraq, cəzalandırılacağını söyləyib: «Bilirik ki, bəzən dövlət müəssisələrinin həkimləri tərəfindən özəl tibb müəssisəsinə laborator müayinəyə göndərilən analizlərin cavabları dövlət müəssisələrində həmin xəstəyə diaqnozun qoyulması zamanı gərəkli olmur. Təsəvvür edin, özəl müəssisə ilə işbirliyində olan dövlət müəssisəsinin həkiminin göndərdiyi pasiyentdən göndərən həkimə müayinə üçün alınmış vəsaitdən müəyyən məbləğ ödənilir. Özəl müəssisəyə qalan məbləğ həmin müayinəni aparmaq üçün lazım olan reaktivlərin alınmasına da çatmır. Belə olan halda hansı dəqiq laborator müayinədən söz gedə bilər? Özəl tibb müəssislərində hepatit virusunun da yoxlanılmasından danışmağa ehtiyac yoxdur».


Oqtay Şirəliyev özəl tibb müəssisələrinə dövlət müəssisələri tərəfindən laborator tibbi müayinələrin göndərilməsini və onların özəl tibb müəssisələrində müayinəsini qadağan edib. Cənab Şirəliyev eyni zamanda özəl tibb müəssisələrinin çoxunun təsisçilərinin həkim olmadığını və bu səbəbdən də işin pərakəndə şəkildə getdiyini vurğulayıb. «Qısa müddətə özəl tibb müəssisələrinə özüm şəxsən baxış keçirəcəm”, - deyə o, bildirib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG