Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:21

Zuğulba, Bilgəh və Buzovna çimərliklərindən istifadə etmək olar


Sağlamlıq üçün təhlükəli sayılan çimərliklər yoxlanılır
Sağlamlıq üçün təhlükəli sayılan çimərliklər yoxlanılır

Səhiyyə naziri Oqtay Şirəliyev deyir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin yoxlamalarından sonra yaxın vaxtlarda bütün çimərliklər açıq olacaq


Artıq Zuğulba, Bilgəh və Buzovna çimərlikləri çirkab sulardan təmizlənib, əhali bu ərazilərdən istifadə edə bilər. Səhiyyə naziri Oqtay Şirəliyev jurnalistlərlə söhbətində bildirib ki, sağlamlıq üçün təhlükəli sayılan digər çimərliklər də Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yoxlanılır və yaxın vaxtlarda bütün çimərliklər açıq olacaq.


Səhiyyə naziri keyfiyyətsiz dərmanların satışının qarşısının alınması üçün bundan sonra ölkəyə gətirilən dərmanların mütəxəssislərdən ibarət komitə tərəfindən yoxlanıb təsdiq olunandan sonra satışa çıxarılacağını deyib. Apteklərin fəaliyyətin gəldikdə isə Oqtay Şirəliyev bildirib ki, bundan sonra apteklər 75 kvadratmetrdən az olmayan ərazidə fəaliyyət göstərəcək.


XS
SM
MD
LG