Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:31

İyulun 21-də Zaqrebdə güllə atıcılığı üzrə Dünya Çempionatının startı veriləcək


İyulun 21-də Xorvatiyanın paytaxtı Zaqrebdə güllə atıcılığı üzrə Dünya Çempionatının startı veriləcək. Bu yarışda Azərbaycan üç idmançı ilə təmsil olunacaq. Afina olimpiadasının bürünc mükafatçısı İradə Aşımova və gənclər arasında qitə birinciliyində ikinci olmuş Nigar Bağırova Pekin olimpiadasına lisenziya qazanmaq uğrunda yarışacaqlar. Onlar əvvəlcə 25 metr, sonra isə 10 metrlik məsafədəki hədəfləri nişan alacaqlar. Üçüncü güllə atıcısı Ruslan Lyunov isə gənclər arasında yarışacaq. Çempionatın qalibləri iyulun 30-da məlum olacaq.


2008-ci ildə Pekində keçiriləcək olimpiya oyunlarına vəsiqə əldə etmək üçün Dünya Çempionatında azı 10-cu olmaq lazımdır.


XS
SM
MD
LG