Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:33

Vəkili Akif Muradverdiyevin beyninə qan sıza biləcəyini deyir


Prezidentin İcra Aparatında İşlər İdarəsinin keçmiş müdiri Akif Muradverdiyevin vəkili Fuad Ağayev Respublika Prokurorluğu qarşısında vəsatət qaldırıb. Vəkil müdafiə etdiyi şəxs haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş edir. Cənab Ağayevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, Akif Muradverdiyevin səhhətində ciddi problemlər var və onun təcridxana şəraitində saxlanması mümkün deyil: «Beyninə qan sıza bilər, on iki barmaq bağırsığında xora var. Artıq onun sağlamlığından yox, həyatını qorumaqdan söhbət gedir».


Vəkilin sözlərinə görə, əgər vəsatət təmin edilməsə, digər addımlar atacaqlar.


Respublika Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev isə, hesab edir ki, Akif Muradverdiyevin səhhəti onun təcridxana şəratində saxlanmasına imkan verir.


Akif Muradverdiyev 2005-ci ilin oktyabrında keçmiş Səhiyyə və İqtisadi İnkişaf nazirləri Əli İnsanov və Fərhad Əliyevlə birlikdə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Akif Muradverdiy hazırda Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanır.



XS
SM
MD
LG