Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:58

Toyda zəhərlənənlərin vəziyyəti qənaətbəxşdir


Lerikin Dəvrədibi kəndində iyulun 11-də toy zamanı zəhərlənənlərin vəziyyəti qənaətbəxşdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlyas Səmədov deyir ki, 35 xəstənin hamısı iyulun 12-də evə buraxılıb. Eləcə də Lerik Rayon Mərkəzi Xəstəxanası və Teştətürk kənd xəstəxanasındakı 21 xəstə də xəstəxanadan çıxıb.


İndi həkimlər analizlərin nəticəsini gözləyirlər.


İlyas Səmədov deyir ki, ilkin ehtitmal kimi toy iştirakçılarının bir gün əvvəldən hazırlanaraq alüminium qablarda saxlanmış toyuqdan zəhərləndiyi güman olunurdu. Amma bu ehtimallar arasına şirəli sular, ətdən hazırlanmış digər yeməklərdən zəhərlənmə də əlavə olunub. Amma son sözü iki gün sonra - analizin nəticələri məlum olandan sonra demək mümkün olacaq.


XS
SM
MD
LG