Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:59

Bazarlar «od tutub yanır»


Qiymətlərin qalxmaması üçün hökumət fermerlərə kreditlər verməlidir
Qiymətlərin qalxmaması üçün hökumət fermerlərə kreditlər verməlidir

«...Dünən bazardaydım, əriyin kilosu 10 min manat idi, gilas da elə. Bir kilo aldım, uşaqlar hərəsi bir dənə yedi qurtardı, nəinki mürəbbə bişirmək, heç ondan danışmaq da olmur». Bu yay kənd təsərrüfatı məhsullarının, xüsusilə meyvənin qiyməti o qədər bahadır ki, əvvəllər hər meyvədən azı 10 kq mürəbbə bişirən Həqiqət Bayramova bu mövsüm uzağı bir-iki kq ilə kifayətlənəcək. Onu da bazardan almayacaq, rayonda yaşayan qardaşıgildən gətirəcək. Çünki bazarda əriyin, gilasın kilosu 10 min manatdır, Həqiqətin isə bu qiymətə meyvə almağa əli gəlmir. Əlində heç o qədər pulu da yoxdur: «Qonşularım da mənim kimidir».


Bakı bazarlarındakı alıcıların çoxu Həqiqət kimi düşünür. Famil deyir ki, bazarı çox gəzsə də, 10 min manatdan aşağı qiymətə gilasa rast gəlməyib: «Keçən il gilas 4-5 min manat idi, indi 10 min manat. Gilası misal üçün deyirəm, hər şey bahadır».


Kənd Təsərrüfatı Nazirliyindən (KTN) isə deyirlər ki, qiymətlərin sürətlə qalxmasınına əhalinin pul gəlirlərinin yüksəlməsi, yanacağın bahalaşması, məhsulun bazara istehsalçının deyil, vasitəçilərin əliylə yol tapması səbəb olur. Nazirliyin qiymətlərin monitorinqi şöbəsinin müdiri Rauf Məmmədov: «Bahalığın bir səbəbi də hava şəraitinə görə bu mövsüm meyvə-tərəvəzin az olmasıdır».


Kənd təsərrüfatı məhsullarını bazara gətirib satan Qasım Əliyev isə deyir ki, qiymətlərin qalxmaması üçün hökumət fermerlərə kreditlər verməlidir. Yoxsa qiymət artımı çox davam edəcək: «Hökumətin gərək bu sahəyə nəzarəti olsun. Yoxdursa, qiymət bahalaşacaq. Kredit versin, texnika alsın. Camaat da kreditin hesabına işini genişləndirsin. Nə qədər məhsul çox olsa, ucuzluq olacaq».


İqtisadçı-ekspert Azər Mehtiyev isə deyir ki, inhisarçılığı aradan qaldırmaq və fermerlərə şərait yaratmaqla qiymət artımının qarşısı alına bilər.


KTN-nin şöbə müdiri Rauf Məmmədov isə bildirir ki, istehsalçı ilə istehlakçı arasında əlaqələr birbaşa olsa vəziyyət düzələcək. Bununla da bu sahəyə dövlət nəzarəti mexanizmi qismən olsa da bərpa olunacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG