Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:29

Moskva bazarında ölən azərbaycanlıların sayı 46-ya çatıb


Səs: Real audio
Fevralın 23-də Moskvada "Basman" bazarının damının uçması nəticəsində həlak olan azərbaycanlıların cənazələri fevralın 26-sı səhər saat 4-də Azərbaycana göndərilib Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Baxış Zeynalovun verdiyi məlumata görə, fevralın 25-i axşam Məmmədəliyev soyadlı daha bir azərbaycanlı yaralı vəfat edib. Baxış Zeynalovun sözlərinə görə, yaralı azərbaycanlıların sayı 19 nəfərdir və hazırda onlar Moskvanın ayrı-ayrı xəstəxanalarında müalicə olunurlar. Beləliklə, hadisə zamanı ölən azərbaycanlıların sayı 46-dır.



Moskva-Gəncə-Bakı marşrutu ilə Gəncəyə 39, Bakıya 2 cənazə göndərilib. Fevralın 25-i gecə Bakıya daha 3 cənazə gətirilmişdi. Fevralın 26-sı isə Naxçıvana bir meyit göndərilməsi planlaşdırılır.
XS
SM
MD
LG