Keçid linkləri

2025, 22 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:23

Roma papası İsraildədir


Roma papası 16-cı Benedikt İsrailə səfər edib. O, zəvvar kimi müqəddəs şəhərləri ziyarət edir, həmçinin yəhudi və müsəlmanların müqəddəs şəhərlərinə də gedəcək.

Bəzi müsəlman və yəhudilər Papanın çıxış və hərəkətlərindən hələ də küskündürlər.

3 il öncə Benedikt mühazirəsində müsəlmanların bəzilərinin təhlükəli olduğunu deyib. Bəzi yəhudilər isə Holokostu inkar edən Britaniyalı yepiskopun kilsədən kənarlaşdırmadığını görə Papanı pisləyiblər.

Mayın 11-də Benedikt Holokost faciəsi qurbanlarının xatirəsinə ucaldılmış Yad Vaşem memorialını ziyarət edəcək.

Papanın mayın 12-də isə Qərb sahilində yerləşmiş Fələstin qaçqın düşərgəsinə baş çəkəcəyi bildirilir.
XS
SM
MD
LG