Mayın 9-da Sovet ordusunun faşist Almaniyası üzərində qələbəsindən 64 il keçir. Hitler Almaniyasının hərbi rəhbərliyi 1945-ci il mayın 8-də təslim olmaq haqqında sazişi imzalayıb. May 9-u Azərbaycanda da Qələbə Günü kimi qeyd olunur və rəsmi iş günü deyil. 1941-1945-ci illərdə Azərbaycanın 3 milyon yarım əhalisindən 600 mindən çoxu cəbhəyə gedib, onlardan təqribən yarısı döyüşlərdə həlak olub. Həmin illərdə Bakı cəbhəyə 75 milyon ton neft yanacağı göndərib, eyni zamanda, benzin və sürtgü yağlarına olan tələbatın 75-90%-ni ödəyib. İndi Azərbaycanda 40 minədək müharibə veteranı var, onlardan 12 min 500-ü döyüşlərdə iştirak edib. O dövrün ən ali mükafatı - Sovet İttifaqı Qəhrəmanı adını almış 134 nəfərdən sağ qalan yoxdur. |
AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib
Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.
Ətraflı məlumat üçün bura klikləyin.
Azadlıq Trend
1