Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 12:47

Avropa Birliyinin qeyri-adi görüşü sükutu pozmağa yönəlib


Almaniya Azərbaycandan keçən «Nabucco» qaz layihəsinə əvvəldə etiraz etsə də, sonradan Mərkəzi və Şərqi Avropa ölkələrinin təzyiqi ilə öz razılığını verib.
Almaniya Azərbaycandan keçən «Nabucco» qaz layihəsinə əvvəldə etiraz etsə də, sonradan Mərkəzi və Şərqi Avropa ölkələrinin təzyiqi ilə öz razılığını verib.
Avropa Birliyinin sabah Praqada keçiriləcək qeyri-adi görüşü Cənub Dəhlizi layihəsi ilə bağlı sükutu pozmağa yönəlib.

Enerji layihələrinin müzakirə olunacağı bu sammiti Avropa Birliyinə hazırda sədrlik edən Çexiya təşkil edib. İlkin olaraq sammitə Avropa Birliyi ölkələrinn dövlət və hökumət başçılarının gələcəyi planlaşdırılsa da, sonradan planlar dəyişib. Cənub Dəhlizi görüşünə Azərbaycan, Türkiyə, Gürcüstan, Türkmənistan və Qazaxıstan dəvət olunublar. Heç bir avropalı lider olmasa da, görüşdə Avropa Birliyinin institutları təmsil olunacaq.

Bu görüşdən iki ay əvvəlsə Avropa Birliyi liderləri bir araya gəlmişdi. Həmin vaxt liderlər Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün alternativ enerji layihələrinə 3 milyard 75 milyon avro ayrılması planını təsdiqlədilər. Ancaq bu planı razılaşdırmaq bir o qədər də asan olmayıb, qızğın müzakirələrdən sonra hansı layihələrin Avropanın himayəsinə düşəcəyinə qərar verilib.

Almaniya Azərbaycandan keçən «Nabucco» qaz layihəsinə əvvəldə etiraz etsə də, sonradan Mərkəzi və Şərqi Avropa ölkələrinin təzyiqi ilə öz razılığını verib.

Sabahkı görüşdə isə gözlənilir ki, Avropa Birliyi ölkələri və Türkiyə xəbərdarlıq olunsun ki, hökumətlərarası razılaşmanı iyun ayına qədər sürətləndirsinlər.

Keçən ilin noyabr ayında Avropa Komissiyası «İkinci strateji enerji icmalını» dərc etdi. Həmin nəşrdə Avropa Birliyi Xəzər hövzəsində «siyasi şərait imkan verən kimi» qaz istehsalçıları axtarmağa çağırılırdı. Komissiyanın icmalında Rusiya qazına alternativ kimi «Nabucco», Türkiyə-Yunanıstan-İtaliya və Cənub Axın layihələrinin adları sadalanırdı.

Bununla belə, Avropa ölkələri hələ «Cənub qaz dəhlizinə» hansı layihələrin daxil edildiyini razılaşdırmalıdır. Sammitin ilkin layihəsində qeyd olunur ki, Cənub Dəhlizi Avropa Birliyinin mövcud enerji əməkdaşlığı və layihələrinin aternativi anlamındadır. O regionda nəqliyyat da daxil olmaqla, bir sıra sahələrdə katalizator rolunu oynamalı, müasir İpək Yolu kimi ölkələri və insanları birləşdirməlidir.

Bununla belə, regiondakı layihələr Avropa Birliyindən siyasi dəstək almaq uğrunda mübarizələrini artırıblar. «Nabucco»nun adı Qərbdə daha çox sadalansa da, digərləri də eşdilmək-duyulmaq arzusundadırlar.

Məsələn, 2008-ci ilin fevral ayında Norveçin dövlət enerji şirəti olan StatoilHydro Trans-Adriatik kəmərinə qoşuldu. Bu qaz kəməri Albaniya ilə İtaliya arasında, daha sonra Qərbi Avropayacan çəkiləcək. Kəmərin 2011-ci ildə istismara veriləcəyi gözlənilir.

Norveçin Trans-Adriatik layihəsində iştirakı Avropanın bu kəmərə marağının olduğunu göstərir. «StatoilHydro» hazırda Rusiyadan sonra Avropanı qazla təchiz edən ikinci ən böyük şirkətdir.

Digər tərəfdən o da maraqlıdır ki, məhz bu şirkət Xəzər dənizinin ən böyük qaz yatağı – «Şahdəniz»in 25,5 faizinin sahibidir.

Trans-Adriatik layihəsinin direktoru Robert Klein deyib ki, bu layihə Cənub Qaz Dəhlizində çatışmayan həlqəni doldura bilər. O deyib ki, yalnız bir maneə var. O da Türkiyənin mövcud kəmərlə şəbəkəsini yenilmək, onlardan 3-cü ölkənin istifadəsi üçün şərtlər qoymasıdır.
XS
SM
MD
LG