Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Pakistanda yaraqlılara qarşı hərbi əməliyyatlar davam edir


Pakistanın hökumət qoşunları ölkənin şimal-qərbində-Svat vadisində yaraqlılara qarşı hərbi əməliyyatları davam etdirir.

Hərbi hava qüvvələri talibançıların mövqelərini bombalayıb.

Ölən və yaralılar barədə məlumat yoxdur.

Minlərlə yerli sakin döyüş zonasını tək etib.

Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts deyib ki, vəziyyət gərgin olsa da Vaşinqton Pakistanda ordu yerləşdirmək fikrində deyil.

Pakistan prezidenti Asif Əli Zərdari dünən Vaşinqtonda amerikalı həmkarı Barak Obamayla görüşdə İslamabadın Əl Qaida və onların müttəfiqlərilə mübarizədə vədinə sadiq olduğunu deyib.
XS
SM
MD
LG