Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:53

Mirzə Sakitin vəkili apellyasiya şikayəti hazırlayır


Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəsmi məlumatına görə, üzərində heroin tapılmış «Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakitin haqqında Nəsimi rayon Məhkəməsinin qərarı ilə üçaylıq həbs-qətimkan tədbiri seçilib. Onun vəkili Kamil Axundov isə məhkəmə qərarı və ümumiyyətlə, ittihamla razılaşmadıqları üçün apellyasiya şikayəti hazırlayır. Onun sözlərinə görə, müdafiə etdiyi şəxs əməlində cinayət tərkibi olmadığını bildirir:


«Mirzə Sakit ittihamları qəbul etmir. O, heç vaxt narkotik maddənin alışı, satışı, istifadəsi ilə məşğul olmadığını, sadəcə, adını eşitdiyini bildirir».


Narkotiklərlə Mübarizə İdarəsinin iyunun 24-də yaydığı məlumata görə, Mirzə Sakit iyunun 23-də əməliyyat məlumatı əsasında saxlanılıb və üzərindən 10 qram heroin tapılıb. Onun haqqında Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. Bu ittiham təsdiqini taparsa, jurnalisti 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Mirzə Sakit və «Azadlıq» qəzetinin baş redaktoru bu ittihamı qəbul etmir, jurnalistə satirik şerlərinə görə şər atıldığını bildirirlər.


Millət vəkili Pənah Hüseyn baş prokuror və daxili işlər nazirinə müraciət edərək Mirzə Sakitin həbsini müstəqil mətbuata təzyiq kimi qiymətləndirib. Eyni zamanda o, jurnalistin hüquqlarını müdafiəsinə şərait yaratmağı tələb edib.


XS
SM
MD
LG