Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:38

İlham Əliyev Çexiyaya yola düşüb


Azərbaycan prezidenti İlham Əliyev mayın 6-da Çexiya Respublikasına səfərə yola düşüb.
Məlumatı AzərTAc yayıb.

İlham Əliyev mayın 7-də Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» təşəbbüsünün təsis samitində iştirak edəcək.

O eyni zamanda Praqada Türkiyə prezidenti Abdullah Gülün təşəbbüsü ilə Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.

Danışıqlara ABŞ-da dövlət katibi Hillari Klintonla görüşən hər iki ölkənin xarici işlər nazirləri də qatılacaq.
XS
SM
MD
LG