Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:46

Bir qrup gənc mitinq keçirməyi planlaşdırır


Mayın 10-da bir qrup gənc Azərbaycan Dövlət Neft Akademiyasına hücumla bağlı mitinq keçirməyi planlaşdırır. Bununla əlaqədar mayın 5-də gənclər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Məlumatı «Azadlıq» radiosuna Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı verib:

«Müraciət edənlər arasında müxtəlif universitetlərin tələbə və məzunları var. Biz bunu tələbə həmrəylik mitinqi kimi etmək istəyirik. Və istəmirik ki, siyasi təşkilatın, partiyanın ayağına yazılsın».

Gənclərin tələbi Neft Akademiyasına silahlı basqınla əlaqədar matəm elan olunmasıdır.

T.Abbaslı: «Əsas şüarlarımız «Terrora yox!», «30 aprel terrorla mübarizə günü elan olunsun!» və «Tələbə və gənclərin təhlükəsizliyi təmin olunsun!»-dur».

Gənclər mitinq keçirmək üçün meriyaya 3 yeri təklif ediblər. Bunlar Cəfər Cabbarlı meydanı, Füzuli meydanı, ya da Heydər Əliyev Sarayının qarşısındakı parklardır.
XS
SM
MD
LG