Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:42

Mayın 5-də Məmmədyarov Klintonla görüşür


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 5-də Vaşinqtonda ABŞ dövlət katibi Hillari Klintonla görüşəcək. Nazirin Təhlükəsizlik Şurasında görüşü də planlaşdırılıb. Bu barədə «Azadlıq» Radiosuna XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib.

E. Məmmədyarovun Amerikada keçirdiyi görüşlərdə iki tərəfli münasibətlər, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunur.

E. Məmmədyarovun ABŞ-a rəsmi səfəri dünəndən başlayıb, səfər mayın 5-də başa çatacaq.

E. Poluxov deyib ki, «Vaşinqtondan sonra nazir Praqaya gələrək prezidenti müşayiət edəcək».
XS
SM
MD
LG