Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 13:18

Əməkdaşlıq olmasa, sülh də olmayacaq


Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov
Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov
«Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalacaq və hər iki icmanın birgə yaşaması üçün konkret bir model işlənəcək». Bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov mayın 5-də jurnalistlərə belə deyib.

Cənab Əzimovun sözlərinə görə, bu prosesin başlaması üçün ətraf rayonlar boşaldılmalı, məcburi köçkünlər evlərinə qayıtmalıdırlar.

«Əgər bu baş verməsə, Dağlıq Qarabağa azərbaycanlılar qayıtmasa, regionda hər hansı statusdan söhbət gedə bilməz. Əhali qayıtmayınca, əməkdaşlıq olmayacaq. Əməkdaşlıq olmayınca sülh və əmin-amanlıq bərqərar olmayacaq».

Dağlıq Qarabağ münaqişəsinin Türkiyə-Ermənistan danışıqlarına daxil edilib-edilməməsiylə bağlı verilən sualın cavabında Araz Əzimov bildirdi ki, o, Türkiyənin yeni xarici işlər naziriylə görüşündə bəzi suallara cavab tapıb, bəzi suallar isə dəqiqləşdirilməlidir. O bu barədə ölkə prezidenti İlham Əliyevə məruzə edəndən sonra danışacağını söylədi.

Araz Əzimov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirdikləri görüşləri yeni Obama administrasiyasının Dağlıq Qarabağ münaqişəsinə diqqətinin artması kimi qiymətləndirdi. Onun fikrincə, Obama hökuməti Dağlıq Qarabağ münaqişəsini müzakirə etməklə yeni töhfələrini müəyyənləşdirməyə çalışır.
XS
SM
MD
LG