Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 16:06

Toyda qətliam


45 nəfər öldürülüb, onlarla adam yaralanıb
45 nəfər öldürülüb, onlarla adam yaralanıb
Mayın 4-də Türkiyənin cənub şərqində naməlum şəxslərin toy mərasiminə hücumu nəticəsində 45 nəfər öldürülüb, onlarla adam isə yaralanıb.

Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, ölənlərin əksəriyyəti qadın və uşaqladır.

Hadisə Mardin şəhəri yaxınlığında əsasən kürdlərin məskunlaşdığı ərazidə baş verib. Üzləri maskalı bir qrup silahlı mərasimin keçirildiyi yerə gələrək avtomatdan atəş açıblar. Onlar bir neçə qumbara da partladıblar.

Hadisə ilə bağlı məsuliyyəti hələ heç kəs öz üzərinə götürməyib. Bu regionda keçmişdə qan davalarının olduğu da deyilir. Verilən məlumata görə, gəlin və bəyin qohumları yerli separatistlərlə mübarizə orqanında işləyirdilər.
XS
SM
MD
LG