Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:13

«İrana diplomatik yanaşma təhlükə yaratmayacaq»


ABŞ-ın Müdafiə naziri Robert Geyts deyib ki, o, Səudiyyə Ərəbistanı və Misir liderlərini inandırmağa çalışacaq ki, Vaşinqtonun İrana diplomatik yanaşması ərəb ölkələri ilə münasibətləri təhlükədə qoymayacaq.

Qahirə və Ər-Riyada səfər etmək ərəfəsində olan müdafiə naziri bildirib ki, regionda ABŞ-ın Tehranla münasibətləri bərpa etmə istəyi ilə bağlı narahatlıq var.

ABŞ prezidenti Barak Obama İranla münasibətləri bərpa edəcəyini və bu ölkənin nüvə proqramı ilə bağlı gərginliyi azaldacağını demişdi.

Robert Geyts bildirib ki, Vaşinqtonun gözləntiləri realdır.
XS
SM
MD
LG