Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:41

Azərbaycan-Rusiya sərhədində nəzarət gücləndirilib


Dünya ölkələrində yayılan A (H1N1) virusunun («donuz qripi») ölkə ərazisinə keçməsinin qarşısını almaq üçün Azərbaycan şimal sərhədlərində xüsusi tədbirlər həyata keçirir.

Samur Gömrük Məntəqəsindən «APA»ya bildirilib ki, Qusar və Xaçmaz rayonlarında yerləşən Samur, Şirvanovka və Xanoba sərhəd-keçid məntəqələrində həm avtomobillər, həm də piyadalar üçün dezobaryerlər yaradılıb. Sərhəddəki baytarlıq məntəqələrində iş rejimi gücləndirilib. Şimal bölgəsindəki donuzçuluq təsərrüfatları isə qapalı fəaliyyətə keçirilib.

Dövlət Baytarlıq Xidmətindən (DBX) Yolçu Xanvəli isə «APA»ya deyib ki, hələlik yalnız Krasnodar diyarı və Şimali Osetiyadan ölkəyə ət və ət məhsullarının gətirilməsinə qadağa qoyulub:

«Bu isə bir müddət əvvəl həmin vilayətlərdə donuzlar arasında aşkarlanmış «Afrika taunu» xəstəliyi ilə əlaqədardır».
XS
SM
MD
LG