Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 02:35

Rəsmilər İranda 330 nəfərin həbs olunduğunu deyirlər


Təbrizdə tələbələrin etiraz aksiyası, 22 may 2006
Təbrizdə tələbələrin etiraz aksiyası, 22 may 2006

Azərbaycanlıları təhqir edən karikaturanın dərcindən sonra İranın şimal-qərbində başlayan etiraz aksiyaları ilə əlaqədar 330 nəfər həbs olunub.


Bu haqda iyunun 22-də Şərqi Azərbaycan əyaləti ədliyyəsinin rəhbəri Nacaf Ağazadə məlumat verib. O, 85 nəfərin iğtişaşlara görə birbaşa məsuliyyət daşıdığını və məhkəmə qarşısında cavab verəcəyini bildirib.


Nacaf Ağazadənin sözlərinə görə, tutulanlar Bəhai etnik qrupu və Tudeh [Kommunist] partiyasının üzvləridir və ikisinin İsraillə əlaqəsi var.


Etiraz aksiyaları mayın 19-da «İran» adlı rəsmi qəzetdə azərbaycanlıları tarakana oxşadan karikaturanın dərcindən sonra baş qaldırmışdı. Təbrizdə başlayan etiraz aksiyaları sonradan sürətlə başqa şəhərlərə yayılmışdı.


İran rəsmiləri dörd nümayişçinin öldürüldüyünü bildirirlər.


XS
SM
MD
LG