ABŞ, NATO və Avropa Birliyi Rusiyanın Gürcüstanın separatçı regionlarını müdafiə etməsindən narahat olduğunu bildirib. Onlar bildiriblər ki, bu keçən il Rusiya və Gürcüstan arasında imzalanmış sazişə ziddir.
Rusiya Gürcüstanın separatçı regionları ilə sərhədlərin müdafiəsi ilə bağlı saziş imzalayıb. Müqaviləyə görə Rusiya rəsmən separatçı Cənubi Osetiya və Abxaziyanın sərhədlərini müdafiə etmək üçün öhdəlik ötürüb.
Rusiya prezidenti Dmitri Medvedev müqaviləni Abxaz lideri Segey Baqapş və Cənubi Osetiya lideri Eduard Kokoyti ilə Kremldə keçirilən mərasim zamanı imzalayıb.
Müqaviləyə əsasən separatçı regionların sərhəd mühafizə qüvvələri formalaşana qədər onların sərhədini Rusiya qoruyacaq.