Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:37

Fərda Qədirov kimdir?


Azərbaycan Dövlət Neft Akademiyası, 30 aprel 2009
Azərbaycan Dövlət Neft Akademiyası, 30 aprel 2009
Neft Akademiyasında qətliam törədən adamın üstündən şəxsiyyət vəsiqəsi çıxan Qədirov Fərda Əsəd oğlu kimdir?

«Azadlıq» radiosunun Gürcü xidməti Fərda Qədirovun həmkəndlisi Vidadi Həsənovla əlaqə saxlayıb. O, Fərda Əsədovu bu cür tanıdır:

- Qədirov Fərda Əsəd oğlu 1980-ci ildə Marneuli rayonunun Daştəpə kəndində müəllim ailəsində anadan olub. Bir qardaşı, bir bacısı var.

Atası Daştəpə kəndində Azərbaycan dilindən dərs deyib, anası evdar qadın olub.

15 ildən çoxdur ki, kənddə evlərinin qapısını bağlayıb Rusiyaya gedərək ticarətlə məşğul olur.

Bir ay əvvəl Fərda Rusiyadan doğulduğu Daştəpə kəndinə gəlib. O, qapalı adam olub, heç kimlə ünsiyyəti olmayıb. Gənclərin dediyinə görə özünü normal aparırmış. Ondan heç kimi xüsusi əsəbi hal müşahidə etməyib.

Bir qədər kənddə qaldıqdan sonra Bakıya gedib. Kimsə ona Bakıda iş söz verib. Amma onu kimin dəvət etdiyini biz bilmirik.

İndi biz kənddə televizorda hadisə barədə məlumatlara baxıb narahat oluruq. Biz onu müsbət xarakterizə edə bilərik. Ondan bu cür hərəkət gözləmirik. Çünki, cavan normal adam idi, kənddə böüyk-kiçik arasında hörməti vardı. Bu işi onun necə edə bildiyi bizim üçün möcüzədir.

Fərdanın heç bir xüsusi dini bağlılığı yox idi. Onun dayısı kənddə məscid tikdirmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG