Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:21

AŞ PA-da Gürcüstan-Rusiya münaqişəsi müzakirə edilib


İlk müzakirələr AŞ PA-nın hazırladığı 1647 saylı qətnamənin icrası ətrafında aparıldı
İlk müzakirələr AŞ PA-nın hazırladığı 1647 saylı qətnamənin icrası ətrafında aparıldı
Aprelin 29-u Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) plenar iclasında Gürcüstan, Rusiya və həmçinin Abxaziya ətrafında baş verənlərlə bağlı hazırlanan hesabatlar müzakirə edilib. Sessiyadan əvvəl bu məsələlərlə bağlı gün boyu müzakirələr nəzərdə tutulsa da, sessiya günü yalnız günün birinci yarısında iki hesabat ətrafında müzakirələr aparıldı.

İlk müzakirələr AŞ PA-nın hazırladığı 1647 saylı qətnamənin icrası ətrafında aparıldı. Bu qətnamə 2008-ci ilin yanvar sessiyasında qəbul edilib. Məruzəçilər çıxışlarında Gürcüstan və Rusiya tərəflərinin öhdəliklərə tam əməl etmədiklərini və proseslərin ləng irəliləməsindən narahatlıqlarını vurğuladılar. Çıxışlarda Rusiya tərəfinin sənəddəki tövsiyələrin bir çoxunu nəzərə almadığı bildirilir.

Müzakirəyə çıxarılan ikinci məsələ 1648 saylı qətnamə oldu. Qətnamə Gürcüstan və Rusiya arasındakı müharibənin humanitar nəticələrinə aiddir. Çıxış edənlərin bir çoxu bölgədəki vəziyyətin gərginliyindən narahatlıqlarını bildirdilər. Müharibənin nəticələrinin hələ də tam aradan qaldırılmadığı və vəziyyətin normallaşmasına dair göstərilən bütün səyləri uğursuz adlandırdılar. Müzakirələrdə beynəlxalq ictimaiyyətin iştirakı ilə münaqişə tərəflərinin bir daha dialoqlara başlamasının vacibliyi bildirildi.

«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURADAXİL OL.
XS
SM
MD
LG