Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası Azərbaycanda keçirilmiş referendumun nəticələrini müzakirəyə çıxarır.
Aprelin 27-də Strasburqda Şuranın yaz sessiyası başlayıb.
AzərTAc xəbər verir ki, sessiyada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Gültəkin Hacıbəyli, Rafael Hüseynov, Qənirə Paşayeva və Sabir Hacıyev iştirak edirlər.
Sessiyada Azərbaycandakı referendumunla yanaşı, eləcə də Makedoniyada prezident, Moldovada və Çernoqoriyada parlament seçkilərinin nəticələri, Gürcüstan-Rusiya münasibətləri müzakirə ediləcək.
Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçirilib.
Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Əsas müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağa edən maddənin ləğvidir. Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb. Müxalifət onu boykot edib.
Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanda referenduma çıxarılan dəyişikliklərdə bağlı rəyini bildirib. Komissiya hesab edir ki, konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərdə ümumilikdə islahat ruhu yoxdur.